Ət-Tövbə surəsi · 3-cü ayə

Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək və nə də qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Bu ayələr, elan) böyük həcc günü Allah və Onun rəsulu tərəfindəndir. Allah və Onun rəsulu müşriklərdən üz çevirmişlər. (Bununla belə,) əgər tövbə etsəniz, sizin üçün daha yaxşıdır. Əgər üz çevirsəniz, onda bilin ki, heç vaxt Allahı aciz qoya bilməzsiniz. Kafirləri dərdli əzabla müjdələ.”
Nöqtələr
Surənin ilk ayəsində bəraət müşriklərin özünə elan olunurdusa, burada bütün xalqın müşriklərdən bəraəti, üz çevirməsi elan edilir.
"Həcce-Əkbər” dedikdə ya qurban bayramı günü, ya Ərəfə günü, ya da həcc mərasimi nəzərdə tutulur. Ümrə isə "kiçik həcc” adlandırılır.
Bildirişlər
1. Düşmənin özünü məzlum göstərməsinin və sizə qarşı təbliğatının qarşısını almaq üçün xalqı vəziyyətdən xəbərdar edin.
2. Təbliğdə zaman və məkan amilini nəzərdən qaçırmayın.
3. Həm təşviq, həm də hədədən istifadə edin.
4. Rabitələri kəsərkən onları bərpa etmək üçün baca saxlayın.
5. Dörd ay möhlət Allahın acizlik yox, lütfünü göstərir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 3-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 3-cü ayəsi nə haqqındadır?
Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç ...
Ət-Tövbə surəsi 3-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 3-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 3-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 3-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 3-cü ayənin təfsiri nədir?
"(Bu ayələr, elan) böyük həcc günü Allah və Onun rəsulu tərəfindəndir. Allah və Onun rəsulu müşriklərdən üz çevirmişlər. (Bununla belə,) əgər tövbə etsəniz, sizin üçün daha yaxşıdır. Əgər üz çevirsəniz, onda bilin ki, heç vaxt Allahı aciz qoya bilməzsiniz. Kafirləri dərdli əzabla müjdələ.” Nöqtələr Surənin ilk ayəsində bəraət müşriklərin özünə elan olunurdusa, burada bütün xalqın müşriklərdən bəraəti, üz çevirməsi elan edilir. "Həcce-Əkbər” dedikdə ya qurban bayramı günü, ya Ərəfə günü, ya da hə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.