Ət-Tövbə surəsi · 37-ci ayə

Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, təxir (haram ayların qeyri aylarla dəyişməsi) küfrün güclənməsinə səbəb olur. Bu yolla kafirlər azırlar. (Onlar) bir ili halal, digərini haram sayırlar ki, Allahın haram buyurduğu ayların sayı ilə uyğun gəlsin. Bu səbəbdən də Allahın haram buyurduğunu halal edirlər. Pis işləri onların nəzərlərində gözəl cilvələnmişdir. Allah kafirləri hidayət etməz.”
Nöqtələr
"Nəsi” və "Nisyə” sözləri eyni kökdəndir. Malı alıb, onun pulunu sonradan ödəmək nisyə adlanır. Döyüşün haram sayıldığı günlərin yerini dəyişmək "nəsi” adlandırılmışdır.
Kafirlər bəzən ziyalılıq göstərib ilahi qanuna əl atır, döyüşün qızğın yerində haram ayların çatdığını görüb onu başqa vaxta keçirmək istəyirdilər. 
Bildirişlər
1. Müqəddəsliklərə ehtiramla yanaşaq. İlahi qanunlara müdaxilə, onlarla əylənmək küfrdür. Söhbət yalnız dörd aydan yox, bütün ilahi göstərişlərdən gedir.
2. Küfrün dərəcələri və mərhələləri var.
3. Kafirlərin azğınlıq səbəblərindən biri haram ayların yerlərinin dəyişilməsi idi.
4. Xalqın çaşqınlıq səbəblərindən biri ilahi hökm və qanunların yanlış təfsir və təhlilidir.
5. Cahil ərəblər haram ayların yerini dəyişsələr də, onun davam müddətinə etiqadlı idilər.
6. Yalnız öz əməlini pis bilən şəxs hidayət ola bilər. Çirkin işlərini gözəl görən insanın doğru yola gəlməsi mümkünsüzdür.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 37-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 37-ci ayəsi nə haqqındadır?
Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ...
Ət-Tövbə surəsi 37-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 37-ci ayənin təfsiri nədir?
"Həqiqətən, təxir (haram ayların qeyri aylarla dəyişməsi) küfrün güclənməsinə səbəb olur. Bu yolla kafirlər azırlar. (Onlar) bir ili halal, digərini haram sayırlar ki, Allahın haram buyurduğu ayların sayı ilə uyğun gəlsin. Bu səbəbdən də Allahın haram buyurduğunu halal edirlər. Pis işləri onların nəzərlərində gözəl cilvələnmişdir. Allah kafirləri hidayət etməz.” Nöqtələr "Nəsi” və "Nisyə” sözləri eyni kökdəndir. Malı alıb, onun pulunu sonradan ödəmək nisyə adlanır. Döyüşün haram sayıldığı günlər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.