Ət-Tövbə surəsi · 38-ci ayə

(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirən kəslər! Nə üçün sizə Allah yolunda hərəkət etmək tapşırılanda ağırlaşıb yerə oturursunuz? Yoxsa axirət yerinə dünya həyatına razı olmusunuz? Bilin ki, axirətlə müqayisədə dünya həyatının bəhrəsi cüzidir.”
Nöqtələr
Bu ayədə Təbuk döyüşündə işarə olunmuşdur. Bəziləri bu döyüşdə süstlük göstərmişdi. Onlar Mədinə ilə Təbuk arasındakı məsafənin uzunluğunu (təqribən altı yüz km), havanın istiliyini, məhsul yığımı dövrü olduğunu, Rum qoşununun qüdrətli olmasını bəhanə gətirirdilər.
Bildirişlər
1. Bəzən möminlərin də tənqidə və nəsihətə ehtiyacı olur.
2. Müsəlmanlar üçün döyüş hazırlığı zəruridir. Komandanın kim olması isə mühüm deyil.
3. Dünya və maddiyyata bağlılıq insanın torpaqdan ayrılıb ərşə yüksəlməsinə mane olur.
4. İnsan o zaman dəyərli olur ki, dünyanı əhəmiyyətsiz saysın.
5. Axirəti dünyadan üstün tutan insan döyüş meydanına həvəslə qədəm qoyur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 38-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 38-ci ayəsi nə haqqındadır?
(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfə...
Ət-Tövbə surəsi 38-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 38-ci ayənin təfsiri nədir?
"Ey iman gətirən kəslər! Nə üçün sizə Allah yolunda hərəkət etmək tapşırılanda ağırlaşıb yerə oturursunuz? Yoxsa axirət yerinə dünya həyatına razı olmusunuz? Bilin ki, axirətlə müqayisədə dünya həyatının bəhrəsi cüzidir.” Nöqtələr Bu ayədə Təbuk döyüşündə işarə olunmuşdur. Bəziləri bu döyüşdə süstlük göstərmişdi. Onlar Mədinə ilə Təbuk arasındakı məsafənin uzunluğunu (təqribən altı yüz km), havanın istiliyini, məhsul yığımı dövrü olduğunu, Rum qoşununun qüdrətli olmasını bəhanə gətirirdilər. Bil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.