Ət-Tövbə surəsi · 42-ci ayə

Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol (Təbuk müharibəsinin döyüş meydanında hazır olmaq) onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki: «Əgər qüdrət və bacarığımız olsaydı, sizinlə çıxardıq». Onlar özlərini (küfr və yalanları ilə) həlak edirlər və Allah onların yalançı olduqlarını bilir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər qənimət yaxın, səfər qısa olsaydı, şübhəsiz, (münafiqlər) sənin ardınca gələrdilər. Amma həmin yol onlara uzaq və çətin göründü. Allaha and içəcəklər ki, əgər bacarsaydıq sizinlə birlikdə (döyüşə) çıxardıq. Onlar bu yolla özlərini həlak edirlər. Allah bilir ki, onlar yalançıdırlar.”
Nöqtələr
Bu ayə Quranın qeybi xəbərlərindəndir. Ayədə Təbuk döyüşündə hələ ki, baş verməmiş hadisə bəyan olunur. Təbuk məntəqəsi ilə Mədinə arasında uzun bir məsafə vardı. Hazırda Təbuk Hicaz sərhədində yerləşir.
İmam Baqir (ə) buyurmuşdur: "Ərəzən qəribən” deyərkən yaxın qənimət nəzərdə tutulur.” 
Bildirişlər
1. Mal-mülk və dünyəvi qənimətlər həmişəlik deyil.
2. Döyüş insanların imtahana çəkilməsində gözəl meyardır.
3. Münafiqlərin içinin açılması zəruridir.
4. Münafiqlər maddi mənafe xatirinə bəzi döyüşlərdə iştirak edirlər.
5. Rahat və mənfəətli işləri öhdəyə götürmək kamillik və fədakarlıq nişanəsi deyil.
6. Müsəlmanlıq qarınqululuq və rahattələbliklə bir araya sığmır.
7. Yalan nifaqa, nifaq yalana aparır. Münafiqlər işdən boyun qaçırmaq üçün yalandan and içirdilər.
8. Yalan and münafiq işidir.
9. Bəhanə və yalanla cihadın acı sonluğu olan bədbəxtlik və fəlakətdən qaçmaq olmaz.
10. Cəbhədən fərariliyin acısı elə fərarilərə nəsib olur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 42-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 42-ci ayəsi nə haqqındadır?
Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol (Təbuk müharibəsinin döyüş meydanında hazır olmaq) onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki: «Əgər qüdrət və bacarığımız olsaydı, sizinlə çıxardıq». Onlar özlərini (küfr və yalanları ilə) həlak edi...
Ət-Tövbə surəsi 42-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 42-ci ayənin təfsiri nədir?
"Əgər qənimət yaxın, səfər qısa olsaydı, şübhəsiz, (münafiqlər) sənin ardınca gələrdilər. Amma həmin yol onlara uzaq və çətin göründü. Allaha and içəcəklər ki, əgər bacarsaydıq sizinlə birlikdə (döyüşə) çıxardıq. Onlar bu yolla özlərini həlak edirlər. Allah bilir ki, onlar yalançıdırlar.” Nöqtələr Bu ayə Quranın qeybi xəbərlərindəndir. Ayədə Təbuk döyüşündə hələ ki, baş verməmiş hadisə bəyan olunur. Təbuk məntəqəsi ilə Mədinə arasında uzun bir məsafə vardı. Hazırda Təbuk Hicaz sərhədində yerləşi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.