Ət-Tövbə surəsi · 46-cı ayə

Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların (yola düşüb) hərəkət etmələrini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Münafiqlərin) cəbhəyə getmək üçün ciddi qərarları olsaydı, cihad üçün hazırlıq görərdilər. Amma Allah (ləyaqətsizliklərinə görə) onların səfərbərliyindən xoşlanmadı və onları saxladı. Onlara deyildi: "Evdə oturanlarla yoldaş olun.”
Nöqtələr
Allahın cihadda iştirakın qarşısını alması maneçilik yox, tövfiqdən məhrum etmək mənasındadır.
Bildirişlər
1. Münafiqlər heç vaxt cəbhəyə getmək fikrində olmurlar.
2. Zəruri müqəddimə vacibdir.
3. Mömin insan cəbhəyə biganə deyil, cihada hazırlıq görür və yola düşmək intizarındadır.
4. Cihadda iştirak ləyaqətsizlərin məhrum edildiyi ilahi tövfiqdir.
5. Döyüş və cihadı tərk edənlər alçaldılmalıdır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 46-cı ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 46-cı ayəsi nə haqqındadır?
Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların (yola düşüb) hərəkət etmələrini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.
Ət-Tövbə surəsi 46-cı ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 46-cı ayənin təfsiri nədir?
"(Münafiqlərin) cəbhəyə getmək üçün ciddi qərarları olsaydı, cihad üçün hazırlıq görərdilər. Amma Allah (ləyaqətsizliklərinə görə) onların səfərbərliyindən xoşlanmadı və onları saxladı. Onlara deyildi: "Evdə oturanlarla yoldaş olun.” Nöqtələr Allahın cihadda iştirakın qarşısını alması maneçilik yox, tövfiqdən məhrum etmək mənasındadır. Bildirişlər 1. Münafiqlər heç vaxt cəbhəyə getmək fikrində olmurlar. 2. Zəruri müqəddimə vacibdir. 3. Mömin insan cəbhəyə biganə deyil, cihada hazırlıq görür və y...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.