Ət-Tövbə surəsi · 47-ci ayə

Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər (münafiqlər) sizinlə birlikdə döyüş üçün xaric oldularsa, sizə yalnız fəsad (dərd, iztirab) artırdılar. Yubanmadan aranızda qarışıqlıq salırdılar ki, fitnə yaransın. Onların sözünə qulaq, könül verənləriniz (təsirləndilər). Allah sitəmkarların halından agahdır.”
Nöqtələr
"Xəbal” iztirab, tərəddüd mənasını bildirir. "Xəbəl” dəlilik, "Xəbl” isə fəsad deməkdir. "İza” sözündən olan "Əvzəu” sözü hərəkət və nüfuzda sürət mənasını ifadə edir. "Fitnə” sözü ayədə təfriqə və azğınlıq mənasında işlədilmişdir. "Səmma” dedikdə düşmənin xeyrinə söz gəzdirən casus nəzərdə tutulur.
Bildirişlər
1. İslam ordusu seçilmiş və xalis olmalıdır. Say, kəmiyyət əsas deyil.
2. Allah möminlərə təsəlli verir ki, münafiqlərin cəbhədən qaçması onları nigaran etməsin.
3. Münafiqlərin cəbhədə iştirakı ruhiyyəni zəiflədir, təfriqə və tərəddüd yaradır.
4. Münafiqlər sürətlə hərəkət edirlər.
5. Bəzi müsəlmanlar münafiqlərin nə dərəcədə təhlükəli olduqlarını dərk etmirlər. Onlar sadəlövhcəsinə qısa bir zamanda münafiqlərin təsiri altına düşürlər.
6. Münafiq zalımdır və Allah bu zümrəyə xəbərdarlıq etmişdir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 47-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 47-ci ayəsi nə haqqındadır?
Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.
Ət-Tövbə surəsi 47-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 47-ci ayənin təfsiri nədir?
"Əgər (münafiqlər) sizinlə birlikdə döyüş üçün xaric oldularsa, sizə yalnız fəsad (dərd, iztirab) artırdılar. Yubanmadan aranızda qarışıqlıq salırdılar ki, fitnə yaransın. Onların sözünə qulaq, könül verənləriniz (təsirləndilər). Allah sitəmkarların halından agahdır.” Nöqtələr "Xəbal” iztirab, tərəddüd mənasını bildirir. "Xəbəl” dəlilik, "Xəbl” isə fəsad deməkdir. "İza” sözündən olan "Əvzəu” sözü hərəkət və nüfuzda sürət mənasını ifadə edir. "Fitnə” sözü ayədə təfriqə və azğınlıq mənasında işləd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.