Ət-Tövbə surəsi · 48-ci ayə

Həqiqətən onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Münafiqlər) bundan öncə fitnəkarlığa çalışır, işləri sənə dolaşıq göstərirdilər. Nəhayət, onlar narahat olan halda haqq gəldi və Allahın əmri aşkar oldu (qalib gəldiniz).”
Bildirişlər
1. Münafiqlər məqsədli şəkildə fitnə törədirlər.
2. Təfriqə və fitnə ilə rastlaşdıqda münafiqlərin izini axtarın.
3. Gerçək tövbə etməyənlərin keçmişinə diqqətli olun.
4. Rəhbərə yanlış və təhrif olunmuş məlumatlar vermək münafiqlikdir.
5. İslam ümmətinin rəhbəri ayıq olmalı, hər məlumata etimad göstərməməlidir.
6. Fitnəkarlıq və təfriqəçilik münafiqlərin daimi işi olmuşdur. Haqq cəbhəsi tam qələbə çalanadək onlar şeytançılıqdan əl çəkmirlər.
7. İlahi yardımlar münafiqlərin planlarını puça çıxarır. İslamın bütün fitnələrə qarşı cavabı var.
8. Münafiqlər heç vaxt İslam quruluşuna qəlbən təslim olmurlar.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 48-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 48-ci ayəsi nə haqqındadır?
Həqiqətən onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).
Ət-Tövbə surəsi 48-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 48-ci ayənin təfsiri nədir?
"(Münafiqlər) bundan öncə fitnəkarlığa çalışır, işləri sənə dolaşıq göstərirdilər. Nəhayət, onlar narahat olan halda haqq gəldi və Allahın əmri aşkar oldu (qalib gəldiniz).” Bildirişlər 1. Münafiqlər məqsədli şəkildə fitnə törədirlər. 2. Təfriqə və fitnə ilə rastlaşdıqda münafiqlərin izini axtarın. 3. Gerçək tövbə etməyənlərin keçmişinə diqqətli olun. 4. Rəhbərə yanlış və təhrif olunmuş məlumatlar vermək münafiqlikdir. 5. İslam ümmətinin rəhbəri ayıq olmalı, hər məlumata etimad göstərməməlidir. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.