Ət-Tövbə surəsi · 53-cü ayə

De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Cəbhədə iştirak əvəzinə maddi yardım göstərən münafiqlərə) de ki, istər könüllü, istər ikrahla etdiyiniz infaq sizdən heç vaxt qəbul olunmayacaq. Çünki siz həddi aşmış qövmsünüz.”
Nöqtələr
Təfsirlərə əsasən, Təbuk döyüşündə iştirak etməyən münafiqlər cəbhəyə maddi yardım göstərməklə qələbəyə şərik olmaq istəyirdilər.
Münafiqlərin infaqının qəbul olunmaması dedikdə, ya onlardan dünyada maddi yardımların qəbul olunmaması, ya da axirətdə onlara mükafat verilməməsi nəzərdə tutulur.
Bildirişlər
1. İnfaq təkcə qarın doyurmaq üçün deyil. İslam infaqın ruhun islahına və mənəvi təkamülə təsirini nəzərdə tutur.
2. Fərdlərin ruhu, niyyəti və batini onların əməllərinin dəyərinə təsir göstərir. Müsəlmanların qələbəsindən qəmlənən, onların məğlubiyyətinə sevinən münafiqin əməlləri səmərəsizdir.
3. Münafiqlərin xidmətləri və infaqları dəyərsizdir və puça çıxar.
4. Hər adamdan hər köməyi qəbul etməyək.
5. Əməllərin qəbulu üçün təqva və pak qəlb lazımdır. Siyasi, ictimai, ibadi və əxlaqi məsələlər bir-birləri ilə əlaqəlidir.
6. Günah əməllərin qəbuluna mane olur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 53-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 53-cü ayəsi nə haqqındadır?
De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».
Ət-Tövbə surəsi 53-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 53-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 53-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 53-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 53-cü ayənin təfsiri nədir?
"(Cəbhədə iştirak əvəzinə maddi yardım göstərən münafiqlərə) de ki, istər könüllü, istər ikrahla etdiyiniz infaq sizdən heç vaxt qəbul olunmayacaq. Çünki siz həddi aşmış qövmsünüz.” Nöqtələr Təfsirlərə əsasən, Təbuk döyüşündə iştirak etməyən münafiqlər cəbhəyə maddi yardım göstərməklə qələbəyə şərik olmaq istəyirdilər. Münafiqlərin infaqının qəbul olunmaması dedikdə, ya onlardan dünyada maddi yardımların qəbul olunmaması, ya da axirətdə onlara mükafat verilməməsi nəzərdə tutulur. Bildirişlər 1. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.