Ət-Tövbə surəsi · 64-cü ayə

Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 64
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Münafiqlər qorxurlar ki, onların içindəkilərdən xəbər verən zərərlərinə tamamlanacaq bir surə nazil olsun. De ki, (istədiyiniz qədər) məsxərə edin. Şübhəsiz, Allah qorxduğunuz şeyləri aşkar edəcək.”
Nöqtələr
Ayənin nazil olma şəni haqqında deyilir: Münafiqlərdən bir dəstəsi qərara gəldilər ki, Təbuk döyüşündə qayıdarkən aşırımlardan birində Peyğəmbərin (s) dəvəsini hürküdüb onu qətlə yetirsinlər. Bu məsələ vəhy vasitəsi ilə Peyğəmbərə (s) xəbər verildi.
Həzrət Peyğəmbər (s) Əmmar və Hüzeyfənin müşayiəti ilə aşırıma çatdı. Münafiqlər hücuma keçdilər. Peyğəmbər (s) onları tanıyıb adlarını Hüzeyfəyə dedi. O soruşdu: "Nə üçün qətllərinə fərman vermirsən?” Həzrət (s) buyurdu: "İstəmirəm desinlər ki, Məhəmməd (s) qüdrətə çatandan sonra müsəlmanları öldürdü.” 
Münafiqlər Peyğəmbərin (s) arxasınca istehza ilə deyirdilər: "O Şam saraylarını fəth etmək istəyir.” Ayə nazil oldu və onlar rüsvayçılıqla hədələndilər. 
"Surə” deyərkən ilahi ayələr məcmusu nəzərdə tutulur. Quranın yüz on dörd hissəsi ilkin İslam dövründən surə adlandırılmışdır.
Bildirişlər
1. Münafiq qorxur ki, hər an onun iç üzü açıla bilər.
2. Münafiqlər bilirdilər ki, Allah onların işindən agahdır, İslam Peyğəmbəri (s) haqdır və onun Allahla rabitəsi var. Bu səbəbdən də surələrin nazil olması onları narahat edirdi.
3. Quran ayələri ehtiyaclara uyğun tədricən nazil olmuşdur.
4. İstehza münafiqlərə məxsus şivədir. (İstehza deyərkən nifaq da nəzərdə tutula bilər.)
5. Münafiqlərin ifşa olunması ilahi sünnə və vədlərdəndir.
6. Allahın iradəsi münafiqlərin istəklərinə qalibdir.
7. Münafiqləri hədələmək zəruridir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 64-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 64-cü ayəsi nə haqqındadır?
Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir».
Ət-Tövbə surəsi 64-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 64-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 64-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 64-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 64-cü ayənin təfsiri nədir?
"Münafiqlər qorxurlar ki, onların içindəkilərdən xəbər verən zərərlərinə tamamlanacaq bir surə nazil olsun. De ki, (istədiyiniz qədər) məsxərə edin. Şübhəsiz, Allah qorxduğunuz şeyləri aşkar edəcək.” Nöqtələr Ayənin nazil olma şəni haqqında deyilir: Münafiqlərdən bir dəstəsi qərara gəldilər ki, Təbuk döyüşündə qayıdarkən aşırımlardan birində Peyğəmbərin (s) dəvəsini hürküdüb onu qətlə yetirsinlər. Bu məsələ vəhy vasitəsi ilə Peyğəmbərə (s) xəbər verildi. Həzrət Peyğəmbər (s) Əmmar və Hüzeyfənin ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.