Ət-Tövbə surəsi · 7-ci ayə

Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 7
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Necə ola bilər ki, Allah və Onun rəsulunun müşriklərlə bir peymanı olsun? Məscidül-həramın yanında peyman bağladığınız kəslər istisnadır. Nə qədər ki, əhdlərinə vəfalıdırlar, siz də vəfa qılın. Allah təqvalıları sevir.”
Nöqtələr
Bu ayə "bəraət” surəsinin başlanğıc ayələrini açıqlayır, bəraət və uzaqlaşma üçün dəlillər göstərir. Bəli, onlar öz əhdlərinə vəfa qılmadılar.
Kəbənin 48 mil radiuslu dairəsi "Hərəm” sayılır. Bu məntəqədə bağlanmış peymanlar "İndəl-məscidil-həram” adlanır. Məsələn, Məkkədən on beş mil aralı bağlanmış "Hüdəybiyyə” peymanı bu qəbildəndir.
Peyman yerinin bəyanı zamanı Məscidül-həramın adının çəkilməsi həmin məkanın əhəmiyyətini göstərir. Amma Məscidül-həramdan kənarda bağlanmış peymanlara da vəfa qılmaq lazımdır.
Bildirişlər
1. Yəhudilər və müşriklər müsəlmanlarla daha çox düşmən olduqlarından  onların çoxundan vəfa gözləməyin.
2. Tənqid edərkən sağlam fərdləri istisna edək.
3. Öz düşmənlərinizlə bağladığınız peymanlara münasibətdə onlar kimi rəftar edin.
4. Təqva üçün əhdə vəfa, əhdə vəfa üçün təqva lazımdır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 7-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 7-ci ayəsi nə haqqındadır?
Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlər...
Ət-Tövbə surəsi 7-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 7-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 7-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 7-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 7-ci ayənin təfsiri nədir?
"Necə ola bilər ki, Allah və Onun rəsulunun müşriklərlə bir peymanı olsun? Məscidül-həramın yanında peyman bağladığınız kəslər istisnadır. Nə qədər ki, əhdlərinə vəfalıdırlar, siz də vəfa qılın. Allah təqvalıları sevir.” Nöqtələr Bu ayə "bəraət” surəsinin başlanğıc ayələrini açıqlayır, bəraət və uzaqlaşma üçün dəlillər göstərir. Bəli, onlar öz əhdlərinə vəfa qılmadılar. Kəbənin 48 mil radiuslu dairəsi "Hərəm” sayılır. Bu məntəqədə bağlanmış peymanlar "İndəl-məscidil-həram” adlanır. Məsələn, Məkk...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.