Ət-Tövbə surəsi · 70-cu ayə

Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (ağcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün) və alt-üst edilmiş məlum şəhərlərin (Lut qövmünün üç şəhərinin) xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etmək istəmirdi, lakin (özlərinə) zülm edən onlar özləri idilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Özlərindən qabaqkıların, Nuh, Ad, Səmud, İbrahim qövmünün, Mədyən əshabının, alt-üst olmuş şəhərlərin xəbəri onlara çatmayıbmı? Peyğəmbərləri onlar üçün aşkar dəlillər gətirdilər (amma onlar inadkarlıq göstərib məhv oldular.) Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm etdilər.”
Nöqtələr
Nuh qövmü qərq olmaqla, Ad qövmü soyuq və zəhərli yellərlə, Səmud qövmü zəlzələ ilə, Mədyən qövmü odlu yağışla, Lut qövmü məskənlərinin xaraba qalmasıyla həlak oldu.
"Motəfikat” dedikdə "alt-üst olma” başa düşülür. Ayədə bu söz Lut qövmünün əzabına işarədir.
Bildirişlər
1. Dünyəvi əzab və cəza ilahi sünnə, qanunlardandır.
2. Agah insan daha çox məsuldur. Peyğəmbər dövrünün insanları keçmiş qövmlərin aqibətindən agah idilər.
3. Keçmiş qövmlərin tarixi ilə tanışlıq mühümdür.
4. Tarixdən ibrət götürməyənlər məzəmmətə layiqdirlər. Bu gün üçün ən üstün dərs keçmiş tarixdən ibrət götürməkdir.
5. İlahi qəhr-qəzəb xəbərdarlıq başa çatdıqdan sonra nazil olur.
6. İlahi göstərişə itaətsizlik insanın özünə zülmüdür.
7. İnsan ixtiyar sahibidir və o, möcüzə ilə rastlaşdıqda müstəqil qərar çıxara bilər.
8. İlahi qəhr-qəzəbin səbəbi zülmün davamıdır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 70-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 70-cu ayəsi nə haqqındadır?
Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (ağcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qöv...
Ət-Tövbə surəsi 70-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 70-cu ayənin təfsiri nədir?
"Özlərindən qabaqkıların, Nuh, Ad, Səmud, İbrahim qövmünün, Mədyən əshabının, alt-üst olmuş şəhərlərin xəbəri onlara çatmayıbmı? Peyğəmbərləri onlar üçün aşkar dəlillər gətirdilər (amma onlar inadkarlıq göstərib məhv oldular.) Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm etdilər.” Nöqtələr Nuh qövmü qərq olmaqla, Ad qövmü soyuq və zəhərli yellərlə, Səmud qövmü zəlzələ ilə, Mədyən qövmü odlu yağışla, Lut qövmü məskənlərinin xaraba qalmasıyla həlak oldu. "Motəfikat” dedikdə "alt-üst olma” ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.