Ət-Tövbə surəsi · 73-cü ayə

Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey peyğəmbər! Kafirlər və münafiqlərlə vuruş, onlarla sərt ol, onların yeri cəhənnəmdir və pis aqibətləri var.”
Nöqtələr
Nə qədər ki, münafiqlər döyüşə qalxmayıb və kafirlər kimi hərbə əl atmayıblar, onlarla yalnız dillə cihad aparılmalıdır. 
Peyğəmbər (s) bu ayədən öncə münafiqlərlə mərhəmətli rəftar edirdi. Ayə nazil olduqdan sonra həzrət onlara qarşı sərt mövqe tutdu. 
Bildirişlər
1. Cihad müsəlmanların rəhbərinin göstəriş və nəzəri əsasında gerçəkləşməlidir.
2. İslam quruluşunda hərbi qüvvələrin baş komandanı rəhbərdir.
3. İslam cihad, küfr və nifaqla mübarizə ayinidir.
4. Həm aşkar xarici, həm də gizli daxili düşmənlərlə mübarizə aparaq.
5. Müsəlmanların rəhbəri zalım qüvvələr qarşısında ciddi mövqe tutmalıdır.
6. Peyğəmbər rəhmət qaynağı olsa da, düşmənlərin küfr və nifaqı səbəbindən sərt rəftar əmri almışdır.
7. Kafir və münafiqlərin dünyəvi cəzası onlarla cihad, axirət cəzası isə cəhənnəmdir.
8. Münafiqi pis aqibət gözləyir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 73-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 73-cü ayəsi nə haqqındadır?
Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.
Ət-Tövbə surəsi 73-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 73-cü ayənin təfsiri nədir?
"Ey peyğəmbər! Kafirlər və münafiqlərlə vuruş, onlarla sərt ol, onların yeri cəhənnəmdir və pis aqibətləri var.” Nöqtələr Nə qədər ki, münafiqlər döyüşə qalxmayıb və kafirlər kimi hərbə əl atmayıblar, onlarla yalnız dillə cihad aparılmalıdır.  Peyğəmbər (s) bu ayədən öncə münafiqlərlə mərhəmətli rəftar edirdi. Ayə nazil olduqdan sonra həzrət onlara qarşı sərt mövqe tutdu.  Bildirişlər 1. Cihad müsəlmanların rəhbərinin göstəriş və nəzəri əsasında gerçəkləşməlidir. 2. İslam quruluşunda hərbi qüvvə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.