Ət-Tövbə surəsi · 83-cü ayə

Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, indi də qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə (evdə) oturun».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 83
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Əgər Allah səni (bu döyüşdən sonra) münafiqlərdən olan bir tayfanın yanına qaytarsa və onlar səndən (digər bir döyüşə hərəkət üçün icazə istəsələr, de ki, siz heç vaxt mənimlə birlikdə döyüş üçün) çıxmayacaqsınız, heç vaxt mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz ilk dəfə evdə oturmaqla razılaşdınız. Belə isə (indi də) fərmandan çıxanlarla (evdə) oturun!”

 

Nöqtələr
"Xalif” dedikdə həm döyüşə qarşı çıxan, həm müxaliflik edən, həm də qocalıq və ya xəstəlik səbəbindən cəbhəyə gedə bilməyən kəs nəzərdə tutulur.
Sədaqətlə tövbə edənin tövbəsi qəbuldur. Münafiqlər isə riyakarlıq, özünü nümayiş səbəbindən cəbhəyə getmirdilər.
Ayədən məlum olur ki, Peyğəmbər (s) özü Təbuk döyüşü üçün Mədinədən xaric oldu və savaş qurtarandan sonra oraya qayıtdı. Ayə həm də "Peyğəmbər (s) münafiqlərin iç üzünü açsın” deyə onların gələcək rəftarlarından xəbər verir.
Bildirişlər
1. Münafiqlərin cihadla bağlı istəklərinə etimad göstərməyək. Onlar hərəkət zamanı qalmaq üçün, geriyə qayıtdıqdan sonra hərəkət üçün icazə istəyirlər.
2. Dünən fərarilik edib bu gün cihad istəyinə düşənlərdən qorxaq.
3. Fərdlərin pis keçmişini unutmayaq.
4. Münafiqlərin iç üzünü açıb onları alçaldaq. Peyğəmbərlə döyüş yoldaşı olmaq ilahi bir lütfdür. Cəbhəyə getməməkdən fərəhlənən münafiqlər bu lütfdən daim məhrum qalmalıdırlar.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 83-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 83-cü ayəsi nə haqqındadır?
Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, ind...
Ət-Tövbə surəsi 83-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 83-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 83-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 83-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 83-cü ayənin təfsiri nədir?
"Əgər Allah səni (bu döyüşdən sonra) münafiqlərdən olan bir tayfanın yanına qaytarsa və onlar səndən (digər bir döyüşə hərəkət üçün icazə istəsələr, de ki, siz heç vaxt mənimlə birlikdə döyüş üçün) çıxmayacaqsınız, heç vaxt mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz ilk dəfə evdə oturmaqla razılaşdınız. Belə isə (indi də) fərmandan çıxanlarla (evdə) oturun!”   Nöqtələr "Xalif” dedikdə həm döyüşə qarşı çıxan, həm müxaliflik edən, həm də qocalıq və ya xəstəlik səbəbindən cəbhəy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.