Ət-Tövbə surəsi · 87-ci ayə

Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar müxaliflər və evdə oturanlarla qalmağa razı oldular. Onların qəlblərinə möhür vurulmuşdur, bu səbəbdən də anlamırlar.”
Nöqtələr
"Təvl” dedikdə imkan və qüvvə, "ulut-təvl” dedikdə isə qüvvəlilər və sərvətlilər nəzərdə tutulur.
"Surə” dedikdə xüsusi mövzuları bəyan edən ayələr məcmusu nəzərdə tutulur. Bu səbəbdən də surənin müəyyən bir hissəsi də ”surə” adlandırılır.
Bildirişlər
1. Cihad Allaha iman şərtidir.
2. Peyğəmbər (s) savaş meydanında öndə dayanırdı.
3. Cihad müsəlmanların rəhbərinin göstərişi və onunla birlikdə həyata keçməlidir.
4. Cihada münasibətdə zəifliyimizə, nifaq və qorxumuza mürəxxəs olma icazəsi ilə don geyindirməyək.
5. Canını sevən rifahtələblər cihaddan daha çox qorxurlar. Onlara ümid bağlamayaq.
6. Münafiqlər qəlbi ölmüşlərdirlər.
7. Dünyapərəstlik, rahattələblik və nifaq ruhiyyəsi insanı düzgün baxış və dərin mərifətdən məhrum qoyur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 87-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 87-ci ayəsi nə haqqındadır?
Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.
Ət-Tövbə surəsi 87-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 87-ci ayənin təfsiri nədir?
"Onlar müxaliflər və evdə oturanlarla qalmağa razı oldular. Onların qəlblərinə möhür vurulmuşdur, bu səbəbdən də anlamırlar.” Nöqtələr "Təvl” dedikdə imkan və qüvvə, "ulut-təvl” dedikdə isə qüvvəlilər və sərvətlilər nəzərdə tutulur. "Surə” dedikdə xüsusi mövzuları bəyan edən ayələr məcmusu nəzərdə tutulur. Bu səbəbdən də surənin müəyyən bir hissəsi də ”surə” adlandırılır. Bildirişlər 1. Cihad Allaha iman şərtidir. 2. Peyğəmbər (s) savaş meydanında öndə dayanırdı. 3. Cihad müsəlmanların rəhbərini...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.