Ət-Tövbə surəsi · 91-ci ayə

(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Cihad yolunda) xərcləmək üçün bir şeyi olmayan zəiflərə, xəstələrə və əliboşlara irad yoxdur. Bir şərtlə ki, Allahın və Onun rəsulunun xeyirxahı olsunlar. Xeyir əməl sahibləri üçün bir qınaq yoxdur və Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Kor bir qoca Peyğəmbərin (s) yanına gəlib ərz etdi: "Əlimdən tutub məni cəbhəyə aparacaq bir kəsim yoxdur, zəif və qocayam. Mənim üzrüm qəbuldurmu?!” Həzrət Peyğəmbər (s) susdu. Nəhayət, bu ayə nazil oldu.
Əhsən İslam aşiqlərinə ki, qocalıq və korluqlarına baxmayaraq vicdanları rəhatlaşmır və cihadla bağlı Peyğəmbərə (s) sual verirlər!
Bəzi ailələrin ehtiyacını yalnız evin kişisi təmin edir və o, cəbhəyə getdikdə ailə aclıq çəkir. Ola bilsin ki, yoxsulluq deyərkən belə bir hal nəzərdə tutulmuşdur. 
İslamda güc çatmayan işlərə əmr olunmur. İslam üzrü qəbul edir və bu dində çıxılmaz vəziyyət yoxdur. İmam Sadiq (ə) buyurmuşdur: "İnsan gücü çatmayan bir işi görməyə vəzifəli deyil.” Sonra həzrət bu ayəni tilavət etmişdir. 
Bildirişlər
1. İlahi vəzifələr bəşərin gücünə uyğundur. (Fiziki cəhətdən gücsüz olan zəiflər və xəstələr cihaddan, yoxsullar isə cihada maddi yardımdan azaddır)
2. Xeyirxahlıq həmişə mümkündür. Zəiflər də bir yolla himayə göstərə bilər. Hətta gözü görməyən qoca dili və qəlbi ilə duaya, döyüşçülərə xeyirxahlığa vəzifəlidir.
3. Üzürlü səbəbdən cihada getməyən, amma getmək arzusunda olan şəxs xeyirxahlardan sayılır.
4. Yetərli üzrü olan və heç bir ziyan vurmayanlar məzəmmət olunmur və cərimə ödəmirlər. (İslam fiqhinə əsasən, yalnız öz işində məsuliyyətsizliyə yol vermiş işçi cərimə oluna bilər.)

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 91-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 91-ci ayəsi nə haqqındadır?
(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əm...
Ət-Tövbə surəsi 91-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 91-ci ayənin təfsiri nədir?
"(Cihad yolunda) xərcləmək üçün bir şeyi olmayan zəiflərə, xəstələrə və əliboşlara irad yoxdur. Bir şərtlə ki, Allahın və Onun rəsulunun xeyirxahı olsunlar. Xeyir əməl sahibləri üçün bir qınaq yoxdur və Allah bağışlayan və mehribandır.” Nöqtələr Kor bir qoca Peyğəmbərin (s) yanına gəlib ərz etdi: "Əlimdən tutub məni cəbhəyə aparacaq bir kəsim yoxdur, zəif və qocayam. Mənim üzrüm qəbuldurmu?!” Həzrət Peyğəmbər (s) susdu. Nəhayət, bu ayə nazil oldu. Əhsən İslam aşiqlərinə ki, qocalıq və korluqları...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.