Ət-Tövbə surəsi · 92-ci ayə

Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 92
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Miniyə süvar edib cəbhəyə göndərməyin üçün yanına gəldikdə "sizi süvar etmək üçün bir şey tapmıram” dediyin və bundan sonra dönüb gedənlər üçün də (irad yoxdur). Cihada xərcləmək üçün bir şeyləri olmadığından onların qəm-qüssədən gözləri yaşlı idi. (Bəli, cihad aşiqi olan belə yoxsullar üçün cəbhəyə getməmək günah deyil.)”
Nöqtələr
Ötən ayədə cəbhəyə yardım üçün imkanları olmayanlardan danışıldı. Bu ayədə isə cəbhədə iştirak üçün minik tapa bilməyən yoxsullardan söhbət gedir. Onlar imkansızlıqdan qəmlənir, göz yaşı axıdırdılar. Bu göz yaşlarına görə, döyüşçülərin mükafatına şərikdirlər. Necə ki, Həsən Bəsri deyir: Həzrət Peyğəmbər (s) Təbuk döyüşündəki döyüşçülərə buyurdu: "Mədinədə qalanlardan bir qrupu cəbhədə iştirak etmək istədiyi üçün bu yolda sizin xərclədiyiniz malın və aldığınız yaraların mükafatına şərikdirlər.” 
Bildirişlər
1. Döyüşçülərin döyüş ehtiyacının təmini hökumətin öhdəsinədir.
2. İnsanların dəyəri təkcə onların hərəkətindən, maddi imkanından yox, məqsəd və ruhiyyələrindən da asılıdır. (Ayədə pulu və imkanı olmayan, amma cəbhəyə həvəs göstərənlər mədh olunurlar)
3. Mömin insan cəbhədə iştirak edə bilmədiyi üçün narahat və ağlardır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 92-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 92-ci ayəsi nə haqqındadır?
Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).
Ət-Tövbə surəsi 92-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 92-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 92-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 92-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 92-ci ayənin təfsiri nədir?
"Miniyə süvar edib cəbhəyə göndərməyin üçün yanına gəldikdə "sizi süvar etmək üçün bir şey tapmıram” dediyin və bundan sonra dönüb gedənlər üçün də (irad yoxdur). Cihada xərcləmək üçün bir şeyləri olmadığından onların qəm-qüssədən gözləri yaşlı idi. (Bəli, cihad aşiqi olan belə yoxsullar üçün cəbhəyə getməmək günah deyil.)” Nöqtələr Ötən ayədə cəbhəyə yardım üçün imkanları olmayanlardan danışıldı. Bu ayədə isə cəbhədə iştirak üçün minik tapa bilməyən yoxsullardan söhbət gedir. Onlar imkansızlıqd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.