Ət-Tövbə surəsi · 95-ci ayə

Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Cihaddan münafiqlərin yanına qayıtdığınız vaxt Allaha and içərlər ki, onlara (günahlarına) göz yumasınız. Onlardan üz çevirin, uzaq olun. Onlar çirkindirlər və öz əlləri ilə qazandıqlarına görə yerləri cəhənnəm olacaq.”
Nöqtələr
Üz çevirmənin səbəbi ya böyüklükdür, ya da etinasızlıq. O ayədə hər iki məna nəzərdə tutulmuşdur. Münafiqlər onlara göz yumulmasını istədilər. Allah da qəzəblə uzaqlaşmaq göstərişi verdi.
Həzrət Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra xalqa göstəriş verdi ki, cəbhəyə getməmiş münafiqlərlə ünsiyyət saxlanılmasın. 
Ötən ayədə münafiqlərin üzr və bəhanələri qəbul olunmadı. Bu ayədə isə zillətə düşmüş münafiqlərin and içdiyi bildirilir.
Bildirişlər
1. Hər anda inanmaq olmaz.
2. Münafiqlər müqəddəsliklərdən və Allahın adından sui-istifadə edirlər.
3. Müsəlmanlar təvəlla və təbərra əhli olmalı, konkret mövqe tutmalıdırlar.
4. Üzürsüz səbəbdən cihadı tərk edənlərlə rabitələri kəsib onlarla sərt rəftar edək və onlara meydan verməyək.
5. Azğın fərdlərdən və mühitdən uzaq dayanaq. Çünki nifaq ruhiyyəsi və digər eyblər ətrafdakılara da sirayət edir.
6. Nifaq batini çirkinlik, ruhi xəstəlikdir.
7. Cəhənnəm Allahın intiqamı yox, insanın öz əməllərinin nəticəsidir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 95-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 95-ci ayəsi nə haqqındadır?
Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir.
Ət-Tövbə surəsi 95-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 95-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 95-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 95-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 95-ci ayənin təfsiri nədir?
"Cihaddan münafiqlərin yanına qayıtdığınız vaxt Allaha and içərlər ki, onlara (günahlarına) göz yumasınız. Onlardan üz çevirin, uzaq olun. Onlar çirkindirlər və öz əlləri ilə qazandıqlarına görə yerləri cəhənnəm olacaq.” Nöqtələr Üz çevirmənin səbəbi ya böyüklükdür, ya da etinasızlıq. O ayədə hər iki məna nəzərdə tutulmuşdur. Münafiqlər onlara göz yumulmasını istədilər. Allah da qəzəblə uzaqlaşmaq göstərişi verdi. Həzrət Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra xalqa göstəriş verdi ki, c...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.