Ət-Tövbə surəsi · 97-ci ayə

(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bədəvi ərəblər (peyğəmbər buyruqlarından xəbərsiz olduqları üçün) küfr və nifaqda daha tünd, Allahın Öz rəsuluna nazil etdiyinin hüdudlarını bilməməyə daha çox layiqdirlər. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
"Ərab” deyərkən bədəvi ərəblər nəzərdə tutulur. Bu sözün tək forması "ərəb” yox, "ərabi”-dir.
Ərabi olmaq odur ki, insan dini mədəniyyət və məktəb təlim-tərbiyəsindən uzaq olsun. Quranda "ərab” sözü on dəfə işlədilmişdir. Yalnız bir yerdə bu söz məzəmmətsiz zikr olunur.
Hədisdə deyilir: "Dinşünas olun. Çünki dərin dini düşüncəsi olmayan kəs ərabidir.” Digər bir hədisdə isə belə deyilir: "Bizim peyğəmbərimiz və yardımçılarımız ərəb, başqaları isə ərabidir.” 
Peyğəmbər dövrünün insanları iki zümrəyə ayrılırdı: şəhər əhli və bədəvilər. Ötən ayədə müsəlmanların Təbuk döyüşündəki qələbəsindən danışılırdı. Ola bilsin ki, bu ayədə bədəvi ərəblərin düşmən təsiri altında fitnə qoparma imkanı nəzərə çatdırılır.
Bildirişlər
1. Bədəvilik mədəniyyətdən və dini qaydalardan uzaqlığa səbəb olur.
2. İctimai mühit və insanın mədəniyyəti onun baxışına və mövqeyinə təsir göstərir.
3. Nadan və mədəniyyətdən uzaq insanlar bəzən kafirlərin və münafiqlərin əlində alətə çevrilir, hətta onlardan da tünd olurlar.
4. Küfr və nifaqın dərəcələri var.
5. Küfr və nifaq amillərindən biri bixəbərlikdir.
6. Dini biliklər zəruridir və onlardan xəbərsizliyimiz ərabi olmağımızla nəticələnir.
7. İlahi hədələrdən xəbərsiz olan cahil şəhər əhli bədəvilərdən də pisdir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 97-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 97-ci ayəsi nə haqqındadır?
(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.
Ət-Tövbə surəsi 97-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 97-ci ayənin təfsiri nədir?
"Bədəvi ərəblər (peyğəmbər buyruqlarından xəbərsiz olduqları üçün) küfr və nifaqda daha tünd, Allahın Öz rəsuluna nazil etdiyinin hüdudlarını bilməməyə daha çox layiqdirlər. Allah biləndir və hikmət sahibidir.” Nöqtələr "Ərab” deyərkən bədəvi ərəblər nəzərdə tutulur. Bu sözün tək forması "ərəb” yox, "ərabi”-dir. Ərabi olmaq odur ki, insan dini mədəniyyət və məktəb təlim-tərbiyəsindən uzaq olsun. Quranda "ərab” sözü on dəfə işlədilmişdir. Yalnız bir yerdə bu söz məzəmmətsiz zikr olunur. Hədisdə d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.