Yunus surəsi · 101-ci ayə

De: «Göylərdə və yerdə (yaradılışın) nə (cür heyrətamiz qəribəliklərinin) olmasına baxın. Lakin nişanələr və öyüdlər iman gətirməyən dəstəyə əsla fayda vermir və (qəflət və zəlaləti) onlardan uzaqlaşdırmır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, göylərdə və yerdə nə olduğuna (ibrət gözü ilə) baxın. Amma iman gətirməyənlər üçün nişanə və xəbərdarlıqların faydası yoxdur.”
    Nöqtələr
    Ötən ayədə düşüncəsizlik küfr dəlili sayıldı. Bu ayədə isə təfəkkür və düşüncə iman yolu kimi tanıtdırılır.
    "Nuzur” ya "nəzir” sözünün oxşarıdır (peyğəmbər mənasında), ya da "inzar” sözünün cəm formasıdır (xəbərdarlıqlar mənasında).
    Bildirişlər
    1. Yaranışın mütaliəsi və bu mövzuda düşüncə Allahı tanımağın ən sadə və ümumi yoludur.
    2. İnsanın qərar çıxarmasında onun iradəsindən qaynaqlanan baxış səmərəlidir. Bir şeyə sadəcə baxmaq faydasızdır.
    3. İlahi ayələr və xəbərdarlıqlar yalnız inadkar olmayan pak insanlara təsir edir.
    4. İnsan əqidə məktəbi seçimində azaddır. Əgər insan azad olmasaydı, peyğəmbərlərə və səmavi kitablara qarşı çıxmazdı.

    Tez-tez Verilən Suallar

    Yunus surəsi 101-ci ayə haqqında suallar və cavablar

    Yunus surəsinin 101-ci ayəsi nə haqqındadır?
    De: «Göylərdə və yerdə (yaradılışın) nə (cür heyrətamiz qəribəliklərinin) olmasına baxın. Lakin nişanələr və öyüdlər iman gətirməyən dəstəyə əsla fayda vermir və (qəflət və zəlaləti) onlardan uzaqlaşdırmır.
    Yunus surəsi 101-ci ayə hansı surədə yerləşir?
    Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 101-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
    Yunus surəsi 101-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Yunus surəsinin 101-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Yunus surəsi 101-ci ayənin təfsiri nədir?
    "De ki, göylərdə və yerdə nə olduğuna (ibrət gözü ilə) baxın. Amma iman gətirməyənlər üçün nişanə və xəbərdarlıqların faydası yoxdur.” Nöqtələr Ötən ayədə düşüncəsizlik küfr dəlili sayıldı. Bu ayədə isə təfəkkür və düşüncə iman yolu kimi tanıtdırılır. "Nuzur” ya "nəzir” sözünün oxşarıdır (peyğəmbər mənasında), ya da "inzar” sözünün cəm formasıdır (xəbərdarlıqlar mənasında). Bildirişlər 1. Yaranışın mütaliəsi və bu mövzuda düşüncə Allahı tanımağın ən sadə və ümumi yoludur. 2. İnsanın qərar çıxarm...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.