Yunus surəsi · 11-cü ayə

Və əgər Allah insanlar üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Allah xalqın xeyir istəyindəki tələskənlikləri kimi onlara bəla çatdırmaqda da tələssəydi, şübhəsiz, əcəlləri çatmış olardı. Beləcə, bizimlə görüşə ümidvar olmayanları öz başına buraxarıq ki, öz azğınlıqları içində avara qalsınlar.”
Nöqtələr
Oxşar məfhumlarla "Kəfh” surəsinin 58-ci, "Fatir” surəsinin 45-ci ayələrində rastlaşırıq. Əgər Allah-təala insanları əməllərinə görə tez cəzalandırsa, hamı məhv olar. Bundan əlavə, vəzifənin əsas prinsipi olan ixtiyar, azadlıq aradan götürülər və itaət məcburi şəkil alar.
"İsticaləhum bil-xəyr” dedikdə, Allahın xeyri sürətlə çatdırması və bəlanı təxirə salması nəzərdə tutula bilər.
Bildirişlər
1. İnsan xaraktercə tələskəndir. 
2. Əgər Allah pis əməl sahiblərini dərhal cəzalandırsaydı, yer üzündə kimsə qalmazdı.
3. "İstidrac”, yəni zalımların tədricən cəzalandırılması ilahi qanunlardandır.
4. Kafirlərin dərhal məhv edilməməsi onların haqq olmasını göstərmir.
5. Allahdan uzaqlaşıb, başı özünə qatılanların hansısa bir məqsədi yoxdur və onlar avaradırlar.
6. Qiyamət həqiqətinin inkarı və bu həqiqətə diqqətsizlik tüğyan və ilahi lütfdən məhrumluq səbəbidir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 11-cü ayə haqqında suallar və cavablar

Yunus surəsinin 11-cü ayəsi nə haqqındadır?
Və əgər Allah insanlar üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də...
Yunus surəsi 11-cü ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 11-cü ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 11-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 11-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 11-cü ayənin təfsiri nədir?
"Əgər Allah xalqın xeyir istəyindəki tələskənlikləri kimi onlara bəla çatdırmaqda da tələssəydi, şübhəsiz, əcəlləri çatmış olardı. Beləcə, bizimlə görüşə ümidvar olmayanları öz başına buraxarıq ki, öz azğınlıqları içində avara qalsınlar.” Nöqtələr Oxşar məfhumlarla "Kəfh” surəsinin 58-ci, "Fatir” surəsinin 45-ci ayələrində rastlaşırıq. Əgər Allah-təala insanları əməllərinə görə tez cəzalandırsa, hamı məhv olar. Bundan əlavə, vəzifənin əsas prinsipi olan ixtiyar, azadlıq aradan götürülər və itaət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.