Yunus surəsi · 18-ci ayə

Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar Allah əvəzində onlara heç bir zərəri və xeyri olmayan şeylərə pərəstiş edir və deyirlər: "Bu bütlər bizim Allah yanındakı şəfaətçilərimizdir.” De ki, Allaha göylərdə və yerdə tanımadığı bir şeyimi xəbər verirsiniz? Allah Ona şərik qoşduqlarınızdan pak və ucadır.”
Nöqtələr
Təfsire-Mərağidə bu ayəyə istinadən ilahi övliyalara təvəssül və qəbirlərin ziyarəti rədd edilmişdir. Həqiqətdə isə belə deyil. Əvvəlcə bu ayədə "pərəstiş, ibadət edirlər” təbiri işlədilmişdir. Ziyarət və təvəssüldə isə kimsə Allahdan qeyrisinə pərəstiş etmir. İkincisi, biz Bərzəx həyatına inanırıq. Quran da şəhidləri diri sayır. Biz Allah yolunda şəhadətə çatmış övliyalardan dua istəyirik. Övliyaların və şəhidlərin daş və ağac bütlərlə bir tutulması insafsızlıqdır.
Bütlərə ya qorxudan, ya da qazanc ümidi ilə pərəstiş olunur. Halbuki bütlərdə nə zərər yetirmək, nə də fayda vermək qabiliyyəti var. Demək, bütpərəstlik üçün heç bir bəhanə yoxdur.
Bildirişlər
1. Bütpərəstlər məntiqsizdirlər və bütpərəstlik məntiqsiz bir işdir.
2. Bütpərəstlər Allahı qəbul edir, amma bütləri vasitə saydıqlarından onlara pərəstiş edirdilər.

Tez-tez Verilən Suallar

Yunus surəsi 18-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 18-ci ayəsi nə haqqındadır?
Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır».
Yunus surəsi 18-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 18-ci ayənin təfsiri nədir?
"Onlar Allah əvəzində onlara heç bir zərəri və xeyri olmayan şeylərə pərəstiş edir və deyirlər: "Bu bütlər bizim Allah yanındakı şəfaətçilərimizdir.” De ki, Allaha göylərdə və yerdə tanımadığı bir şeyimi xəbər verirsiniz? Allah Ona şərik qoşduqlarınızdan pak və ucadır.” Nöqtələr Təfsire-Mərağidə bu ayəyə istinadən ilahi övliyalara təvəssül və qəbirlərin ziyarəti rədd edilmişdir. Həqiqətdə isə belə deyil. Əvvəlcə bu ayədə "pərəstiş, ibadət edirlər” təbiri işlədilmişdir. Ziyarət və təvəssüldə isə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.