Yunus surəsi · 21-ci ayə

İnsanlara onlara yetişmiş çətinlik və əziyyətdən sonra bir mərhəmət və rahatlıq dadızdırdığımız (cahiliyyət dövrünün nadanlıq və fəqirliyindən sonra İslam elm və rifahı verdiyimiz) zaman birdən Bizim ayələrimiz barəsində hiyləyə başlayırlar (onları sehr, şer və əfsanə adlandırırlar). De: «Allahın məkri daha tez yetişəndir». Həqiqətən Bizim elçilərimiz etdiyiniz məkrləri yazırlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 21
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Xalqa yetişmiş əziyyətdən sonra onlara bir zəhmət və lütf daddırsa, (şükür əvəzinə) ayələrimizə qarşı hiylə qurarlar. De ki, Allahın tədbiri daha iti və nüfuzludur. Həqiqətən, onların məkr və hiylələrini mələklərimiz yazırlar.”
Nöqtələr
Ötən ayədə onların bəhanələrinə işarə olundu. Onlar deyirdilər ki, nə üçün bir ayə nazil olmur? Bu məqamda onların inadkarlığına işarə olunur. Onlar ayə nazil olduqdan sonra da şükür əvəzinə hiyləyə əl atırlar.
Məkkədə quraqlıq və qıtlıq oldu. Allah Öz rəsulunun bərəkətinə xatir yağış göndərdi. Müşriklərsə bu yağışın bütlərə xatir yağdığını iddia edirdilər. Ayə nazil oldu və bütpərəstlər rüsvay edildilər. 
Əksər təfsirlərdə bildirilir ki, düşmənlərin tədbir və hiylələrindən biri Peyğəmbərin (s) şəxsiyyətini alçaltmaq və ilahi ayələrə istehza etmək idi.
Bildirişlər
1. İnsanın istifadə etdiyi nemətlər Allahın sonsuz mərhəmətinin kiçik bir hissəsidir.
2. İnsan ilahi nemətlərdən sui-istifadə edir, şükür əvəzinə hiyləyə əl atır.
3. Hiyləyə əl atan insan Allahın tədbiri ilə çətinliyə düşər.
4. Allahın cəzası insanın günahına münasib olur.
5. Mələklər insanların fikirlərini də qeydə alırlar.

Tez-tez Verilən Suallar

Yunus surəsi 21-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 21-ci ayəsi nə haqqındadır?
İnsanlara onlara yetişmiş çətinlik və əziyyətdən sonra bir mərhəmət və rahatlıq dadızdırdığımız (cahiliyyət dövrünün nadanlıq və fəqirliyindən sonra İslam elm və rifahı verdiyimiz) zaman birdən Bizim ayələrimiz barəsində hiyləyə başlayırlar (onları sehr, şer və əfsanə adlandırırlar). De: «Allahın məkri daha tez yetişən...
Yunus surəsi 21-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 21-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 21-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 21-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 21-ci ayənin təfsiri nədir?
"Xalqa yetişmiş əziyyətdən sonra onlara bir zəhmət və lütf daddırsa, (şükür əvəzinə) ayələrimizə qarşı hiylə qurarlar. De ki, Allahın tədbiri daha iti və nüfuzludur. Həqiqətən, onların məkr və hiylələrini mələklərimiz yazırlar.” Nöqtələr Ötən ayədə onların bəhanələrinə işarə olundu. Onlar deyirdilər ki, nə üçün bir ayə nazil olmur? Bu məqamda onların inadkarlığına işarə olunur. Onlar ayə nazil olduqdan sonra da şükür əvəzinə hiyləyə əl atırlar. Məkkədə quraqlıq və qıtlıq oldu. Allah Öz rəsulunun...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.