Yunus surəsi · 25-ci ayə

Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir və (ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah (xalqı) salamatçılıq və səadət mənzilinə çağırır və istədiyini doğru yola hidayət edir.”
Nöqtələr
"Behiştin adlarından biri "Darüs-səlamdır”. Çünki orada döyüş və mübahisə törədəcək kin-küdurət yoxdur. 
Salam Allahın adıdır. Darus-Səlam dedikdə isə ilahi rəhmət civarı və görüş salamı olan, eləcə də, Allahın salam verdiyi yer nəzərdə tutulur. 
Rəvayətlərdə Əmirəlmöminin (ə) və məsum rəhbərlərin vilayəti doğru yolun ən üstün nümunəsi kimi təqdim olunur.
Bildirişlər
1. İlahi dəvət Allahın Öz bəndələrinə xüsusi lütf nişanəsidir.
2. Dünya salamatçılığı ötəri, axirət salamatçılığı isə əbədidir.
3. Sirate-mustəqim, yəni doğru yol aramlıq gətirir. Bu yol axirətdən əlavə dünya həyatında insan üçün darus-səlam yaradır.
4. Sağlam həyat və cəmiyyət Allahın istəyidir.
5. Allah həm dəvət edir, həm də yol göstərir.
6. İlahi dəvət hamı üçündür. Xüsusi hidayət isə yalnız Allahın istədiklərinə aiddir.
7. Doğru yolda hərəkət üçün ilahi tövfiq, yardım lazımdır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 25-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 25-ci ayəsi nə haqqındadır?
Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir və (ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir.
Yunus surəsi 25-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 25-ci ayənin təfsiri nədir?
"Allah (xalqı) salamatçılıq və səadət mənzilinə çağırır və istədiyini doğru yola hidayət edir.” Nöqtələr "Behiştin adlarından biri "Darüs-səlamdır”. Çünki orada döyüş və mübahisə törədəcək kin-küdurət yoxdur.  Salam Allahın adıdır. Darus-Səlam dedikdə isə ilahi rəhmət civarı və görüş salamı olan, eləcə də, Allahın salam verdiyi yer nəzərdə tutulur.  Rəvayətlərdə Əmirəlmöminin (ə) və məsum rəhbərlərin vilayəti doğru yolun ən üstün nümunəsi kimi təqdim olunur. Bildirişlər 1. İlahi dəvət Allahın Öz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.