Yunus surəsi · 26-cı ayə

Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yaxşılıq edənlər üçün daha yaxşı və daha artıq mükafat olacaq. Onların çöhrəsinə zillət və xarlıq tozu qonmayacaq. Onlar behişt əhlidirlər və həmişə oradadırlar.”
Nöqtələr
"Rəhəq” dedikdə məcburi şəkildə örtmək, "qətər” dedikdə toz, tüstü və kül nəzərdə tutulur.
Daha çox və ikiqat mükafatın verilməsi "ziyadə”, "zef”, "izaf” təbirləri ilə təkrar-təkrar bəyan olunmuşdur. Eləcə də, yaxşılıq edən on qat mükafat alır. Allah tam mükafatdan əlavə, Öz fəzli ilə onlara əta edir.  Allah yolunda infaq müqabilində yeddi yüz qat artıq əvəz verilir. 
İmam Sadiq (ə) buyurmuşdur: "Bir damlası alovu söndürən göz yaşından savay hər şeyin ölçüsü var.” Sonra imam buyurmuşdur: "Allahın razılığı xatirinə göz yaşı axıdan kəs üzü qaralıq və xarlıq görməyəcək.” 
Bəzi rəvayətlərdə bildirilir ki, "ziyadət” dedikdə dünya nəzərdə tutulmuşdur.  Sünnə əhlinin bir çox rəvayətlərinə əsasən, "ziyadət” Allahla görüşə işarədir. 
"Əhsənu” dedikdə düz əqidə, saleh əməl və yaxşı danışıq nəzərdə tutulur.
Bildirişlər
1. İlahi lütfdən xeyir əməl sahibləri faydalanırlar.
2. Allah həm əməlin mükafatını verir, həm də təşviq edir.
3. Qiyamət günü ən üstün mükafat yaxşı əməl sahiblərinindir.
4. Allahdan qeyrisinə üz tutanların heç bir üzrü yoxdur. Çünki Allah həm dəvət edir, həm yol göstərir, həm də artıqlaması ilə əvəz verir.
5. Ötəri və fani dünyadakı ehsan və yaxşılıq əbədi behişt həyatına aparır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 26-cı ayə haqqında suallar və cavablar

Yunus surəsinin 26-cı ayəsi nə haqqındadır?
Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar.
Yunus surəsi 26-cı ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 26-cı ayənin təfsiri nədir?
"Yaxşılıq edənlər üçün daha yaxşı və daha artıq mükafat olacaq. Onların çöhrəsinə zillət və xarlıq tozu qonmayacaq. Onlar behişt əhlidirlər və həmişə oradadırlar.” Nöqtələr "Rəhəq” dedikdə məcburi şəkildə örtmək, "qətər” dedikdə toz, tüstü və kül nəzərdə tutulur. Daha çox və ikiqat mükafatın verilməsi "ziyadə”, "zef”, "izaf” təbirləri ilə təkrar-təkrar bəyan olunmuşdur. Eləcə də, yaxşılıq edən on qat mükafat alır. Allah tam mükafatdan əlavə, Öz fəzli ilə onlara əta edir.  Allah yolunda infaq müq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.