Yunus surəsi · 34-cü ayə

De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, Allaha şərik qərar verdiyiniz məbudlardan yaranışı ərsəyə gətirib sonra geri qaytara bilən varmı? De ki, (yalnız) Allah yaranışa başlar, sonra onu qaytarar. Belə isə, nə üçün (haqdan) üz çevirirsiniz?!”
Bildirişlər
1. Allah-təala Öz Peyğəmbərinə (s) müşriklərlə mübahisə üsulunu öyrədir.
2. Allaha şərik qoşulanlar bəşər xülyasından başqa bir şey deyil.
3. Varlıq bir hadisədir.
4. Pərəstiş üçün iki meyar var: İlkin yaratma qüdrəti və yenidən bərpa qüvvəsi.
5. Dünya fəna olduqdan sonra qiyamət qopar.
6. Varlıq aləmi ölümə, məhvə doğru hərəkətdədir. Bu hərəkətin sonu fənadır.
7. Məad və qiyamət də dünya kimi cismanidir.
8. Şərik qoşmağa meyl düşüncəsizlik nişanəsidir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 34-cü ayə haqqında suallar və cavablar

Yunus surəsinin 34-cü ayəsi nə haqqındadır?
De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»
Yunus surəsi 34-cü ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 34-cü ayənin təfsiri nədir?
"De ki, Allaha şərik qərar verdiyiniz məbudlardan yaranışı ərsəyə gətirib sonra geri qaytara bilən varmı? De ki, (yalnız) Allah yaranışa başlar, sonra onu qaytarar. Belə isə, nə üçün (haqdan) üz çevirirsiniz?!” Bildirişlər 1. Allah-təala Öz Peyğəmbərinə (s) müşriklərlə mübahisə üsulunu öyrədir. 2. Allaha şərik qoşulanlar bəşər xülyasından başqa bir şey deyil. 3. Varlıq bir hadisədir. 4. Pərəstiş üçün iki meyar var: İlkin yaratma qüdrəti və yenidən bərpa qüvvəsi. 5. Dünya fəna olduqdan sonra qiya...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.