Yunus surəsi · 38-ci ayə

Yoxsa «bunu (Qur’anı, Muhəmməd) yalandan düzəltmişdir» deyirlər? De: «Belə isə əgər doğruçusunuzsa (kəlmənin fəsihliyi, mənanın dərinliyi, müxtəlif elmləri əhatə etmək və qeyb aləmindən xəbər verməkdə) ona bənzər bir surə gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın». (Bəqərə surəsinn 23-cü ayəsinə müraciət edin.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 38
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hətta "Quranı (özündən) toxumuşdur” deyirlər. De ki, əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan qeyri bacardığınız kəsi köməyə çağırın.”
Nöqtələr
Quranda cin və insanların ilahi kəlamının oxşarını gətirməkdə aciz olması dəfələrlə önə çəkilir və iddiası olanlar mübarizə meydanına çağrılır. "Hud” surəsinin 13-cü ayəsi də bu qəbildəndir. Digər bir tərəfdən, əsrlər boyu milyonlarca müxalif Quranın nüfuzunu zəiflətməyə çalışmışdır. Bu sayaq fəaliyyətlər hazırda da davam edir. Amma Quranın uyğun çağırışı hələ də cavabsız qalmışdır və qiyamətədək də cavabsız qalasıdır.
Quranın imtiyazları
Söhbət Quranın mübarizəyə çağırışından getdiyi üçün bu əbədi möcüzənin bəzi imtiyazlarını nəzərdən keçirək:
1. Uca bir maarifin qısa ifadələrlə bəyanı: məsələn, qadın və kişi haqqında buyurur: "Qadınlar sizin libasınızdır, siz isə qadınların libası.”  Qeyri-ilahi güclərin puçluğu onların hörümçək yuvasına bənzədilməsi ilə çatdırılır. Başqa bir məqamda qeyri-ilahi qüvvələrin bir cücü yarada bilməməsi onların zəifliyi kimi təqdim olunur. 
2. Sözün şirinliyi və nüfuz: Quran 1000 dəfə oxunsa da köhnəlmir, hər oxunuşda yeni bir nöqtə üzə çıxır.
3. Quran kəlamlarının ahəng və musiqisi: Bu kəlmələrin xüsusi bir ahəngi var. Ərəb cümlələri və ya rəvayət arasında işlədilmiş Quran ayəsi dərhal tanınır.
4. Quranın əhatəliliyi: dəlildən məsələdək, dünyadan axirətədək bütün məsələlər, eləcə də ailə, hüquq, siyasi, hərbi, əxlaqi və tarixi mövzular onda öz əksini tapmışdır.
5. Gerçəklik: Quranın söhbətləri zənn-gümana əsaslanmır. Hətta ondakı əhvalatlar da sənədli və gerçəkdir.
6. Ümumilik: İstənilən səviyyədə, istənilən bir məkandan olan insan ondan bəhrələnir. Quran ixtisas kitabı formasında deyil.
7. Əbədilik: Bəşəriyyətin və elmlərin ömrü artdıqca Qurandan daha çox sirr açılır.
8. Artan təkamül: Saysız-hesabsız müqavimətlərə baxmayaraq Quran ən böyük təkamül yolu keçmişdir.
9. Real möcüzə olması: Bu möcüzə hamının əlindədir.
10. Quran həm möcüzədir, həm də qanun kitabı.
11. O məktəb görməmiş, savaddan məhrum bir məntəqədən olan fərd tərəfindən çatdırılmışdır.
12. Ona heç nə artırılmamış, ondan heç nə əskildilməmişdir və o, təhrifdən qorunmuşdur.
Bildirişlər
1. Quran öz ecazının sübutu üçün ən sadə yolu göstərir və bu yol onun surələrinə oxşar surələrin deyilməsidir.
2. Nəinki Quran tam şəkildə, hətta onun bir surəsi də möcüzədir.
3. Quran bu mübarizədə qarşı tərəf üçün çətinlik yaratmır və onun oxşar bir surə gətirməsini kafi sayır.
4. Quranın mübarizəyə çağırışı hansısa zaman və məkana aid deyil. Qiyamətədək bütün yer üzündə bu çağırış öz gücündədir.
5. Bu mübarizə təkcə savadsız kütləyə aid deyil. Əgər dünya alimləri, hüquqşünasları, ədibləri arasında Qurana şəkk edən varsa, bu dəvəti qəbul edə bilər.
6. Bu mübarizə çağırışında xüsusi imkanlar və say nəzərdə tutulmamışdır.
7. Müxaliflər belə bir mübarizəyə hətta təhrik də olunur.

Tez-tez Verilən Suallar

Yunus surəsi 38-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 38-ci ayəsi nə haqqındadır?
Yoxsa «bunu (Qur’anı, Muhəmməd) yalandan düzəltmişdir» deyirlər? De: «Belə isə əgər doğruçusunuzsa (kəlmənin fəsihliyi, mənanın dərinliyi, müxtəlif elmləri əhatə etmək və qeyb aləmindən xəbər verməkdə) ona bənzər bir surə gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın». (Bəqərə surəsinn 23-cü ay...
Yunus surəsi 38-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 38-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 38-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 38-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 38-ci ayənin təfsiri nədir?
"Hətta "Quranı (özündən) toxumuşdur” deyirlər. De ki, əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan qeyri bacardığınız kəsi köməyə çağırın.” Nöqtələr Quranda cin və insanların ilahi kəlamının oxşarını gətirməkdə aciz olması dəfələrlə önə çəkilir və iddiası olanlar mübarizə meydanına çağrılır. "Hud” surəsinin 13-cü ayəsi də bu qəbildəndir. Digər bir tərəfdən, əsrlər boyu milyonlarca müxalif Quranın nüfuzunu zəiflətməyə çalışmışdır. Bu sayaq fəaliyyətlər hazırda da davam edir. Am...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.