Yunus surəsi · 4-cü ayə

Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 4
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hamınızın qayıdışı Ona doğrudur. Bu, Allahın haqq olan vədidir. Odur yaranışa başlayan, sonra onu döndərən. Buna görə ki, iman gətirib saleh işlər görənləri ədalətlə mükafatlandırsın. Küfrə uğrayanlar üçün küfrlərinin cəzası olaraq yandırıcı mayedən içki və dərdli əzab olacaq.”
Nöqtələr
Bu ayə həm məad prinsipini, həm onun mümkünlüyünü, həm də bu həqiqətin mükafat və cəza kimi məqsədini bəyan edir.
Mümkündür ki, "bil qist” dedikdə, iman əhlinin malik olduğu ədalətə görə mükafatlandırılması nəzərdə tutulmuşdur.  (Əlbəttə ki, ilahi fəzl ilə ədalət arasında ziddiyyət yoxdur. Quranın başqa ayələrində də Allahın artıq mükafatlarına işarə olunmuşdur. 
Bildirişlər
1. Qayıdışımız Allaha doğrudur. Onu-bunu razı salmaq fikrində olmayaq.
2. Bütün insanlar ölümdən sonra diriləcək.
3. Məad maddi, cismanidir.
4. Allahın yaranışdakı qüdrəti Onun qiyamətdəki qüdrətini təsdiqləyir.
5. Nəinki insan, hətta bütün varlıq aləmi növbəti dəfə yaradılar.
6. Bütün varlıq aləmi bəşər üçün yaradıldığı kimi axirətdə də bəşərin mükafatlandırılması üçün bu yaranış təkrarlanar.
7. Yaranış hələ də davam etməkdədir.
8. Məadın əsas məqsədi möminlərin mükafatlandırılmasıdır. Kafirlər isə ilahi ədalət səbəbindən cəzalandırılır.
9. İlahi mükafat ədalətə əsaslanır.
10. Yaxşı işlərin dəyəri onların xeyirli məqsəd daşımalarındadır.
11. Küfr üzərində israr əzab səbəbidir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 4-cü ayə haqqında suallar və cavablar

Yunus surəsinin 4-cü ayəsi nə haqqındadır?
Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olar...
Yunus surəsi 4-cü ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 4-cü ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 4-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 4-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 4-cü ayənin təfsiri nədir?
"Hamınızın qayıdışı Ona doğrudur. Bu, Allahın haqq olan vədidir. Odur yaranışa başlayan, sonra onu döndərən. Buna görə ki, iman gətirib saleh işlər görənləri ədalətlə mükafatlandırsın. Küfrə uğrayanlar üçün küfrlərinin cəzası olaraq yandırıcı mayedən içki və dərdli əzab olacaq.” Nöqtələr Bu ayə həm məad prinsipini, həm onun mümkünlüyünü, həm də bu həqiqətin mükafat və cəza kimi məqsədini bəyan edir. Mümkündür ki, "bil qist” dedikdə, iman əhlinin malik olduğu ədalətə görə mükafatlandırılması nəzə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.