Yunus surəsi · 41-ci ayə

Əgər səni təkzib etdilərsə, de: «Mənim əməlim mənə və sizin əməliniz sizə məxsusdur, siz mənim etdiklərimdən uzaqsınız və mən sizin etdiklərinizdən uzağam (buna görə də, mənə cihad əmri gələnə kimi qoyun qalsın).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər səni təkzib etsələr, de ki, mənim əməlim mənim üçündür, sizin əməliniz sizin üçün. (Hər birimiz öz əməlimizin cəzasına çatacağıq.) Siz mənim əməllərimdən zara gəlmisiz, mən də sizin əməllərinizdən.”
Bildirişlər
1. Əqidəni məcburi qəbul etdirmək olmaz. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, doğru yola dəvət olmuşdur.
2. Rəbhər kimlərinsə təkzibinə hazır olmalıdır.
3. Təkzibçilər qarşısında özümüzü məğlub saymayaq. Çünki biz doğru yola dəvətimizin mükafatını alacağıq, müxaliflər isə öz inadkarlıqlarının cəzasına çatacaqlar. Bu qarşıdurmada qalib bizik.
4. İslam Peyğəmbəri (s) təkzibçilər qarşısında qəti mövqe tuturdu.
5. Hər bir şəxsin xeyiri və zərəri onun özünə aiddir.
6. İslam kafirlərlə saziş dini yox, dəlil və əxlaq dinidir. Qarşı tərəf həqiqəti qəbul etmədikdə, onların əqidəsindən uzaq olduğumuzu bildirək.
7. Başqalarının əməllərindən razılıq insanı həmin əməllərin mükafat və cəzasına şərik edir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 41-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 41-ci ayəsi nə haqqındadır?
Əgər səni təkzib etdilərsə, de: «Mənim əməlim mənə və sizin əməliniz sizə məxsusdur, siz mənim etdiklərimdən uzaqsınız və mən sizin etdiklərinizdən uzağam (buna görə də, mənə cihad əmri gələnə kimi qoyun qalsın).
Yunus surəsi 41-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 41-ci ayənin təfsiri nədir?
"Əgər səni təkzib etsələr, de ki, mənim əməlim mənim üçündür, sizin əməliniz sizin üçün. (Hər birimiz öz əməlimizin cəzasına çatacağıq.) Siz mənim əməllərimdən zara gəlmisiz, mən də sizin əməllərinizdən.” Bildirişlər 1. Əqidəni məcburi qəbul etdirmək olmaz. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, doğru yola dəvət olmuşdur. 2. Rəbhər kimlərinsə təkzibinə hazır olmalıdır. 3. Təkzibçilər qarşısında özümüzü məğlub saymayaq. Çünki biz doğru yola dəvətimizin mükafatını alacağıq, müxaliflər isə öz ina...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.