Yunus surəsi · 42-ci ayə

Onlardan (Qur’ana və) sənə (sənin sözlərinə) qulaq asanlar (lakin qəlblərinin qulaqları kar olanlar) vardır. Belə olan halda, məgər sən karlara, hətta düşünməsələr belə eşitdirəmi bilərsən?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlardan bir dəstəsi (zahirdə) sənin sözlərini diqqətlə dinləyirlər. (Əslində isə sanki kardırlar və heç nə eşitmirlər.) Əgər düşüncə əhli deyildirlərsə, sən öz sözlərini karların qulağına çatdıra bilərsənmi?”
Bildirişlər
1. Bəzən dinləyici xoşməramlı olmur. İnadkarlar bəzən bəhanə əldə etmək üçün diqqətlə dinləyirlər.
2. Bəzən insanın qəlb xəstəliyi o qədər şiddətli olur ki, Peyğəmbərin (s) də sözləri onlara şəfa vermir.
3. Xalqın hidayəti üçün onlarda qəbul hazırlığı olmalıdır. Yalnız aşkar dəlil və ləyaqətli rəhbər bəs etmir.
4. Eşitmək yox, eşidilənləri düşünüb qəbul etmək mühümdür. Məgər heyvan deyilən sözü eşidirmi?!

Tez-tez Verilən Suallar

Yunus surəsi 42-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 42-ci ayəsi nə haqqındadır?
Onlardan (Qur’ana və) sənə (sənin sözlərinə) qulaq asanlar (lakin qəlblərinin qulaqları kar olanlar) vardır. Belə olan halda, məgər sən karlara, hətta düşünməsələr belə eşitdirəmi bilərsən?!
Yunus surəsi 42-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 42-ci ayənin təfsiri nədir?
"Onlardan bir dəstəsi (zahirdə) sənin sözlərini diqqətlə dinləyirlər. (Əslində isə sanki kardırlar və heç nə eşitmirlər.) Əgər düşüncə əhli deyildirlərsə, sən öz sözlərini karların qulağına çatdıra bilərsənmi?” Bildirişlər 1. Bəzən dinləyici xoşməramlı olmur. İnadkarlar bəzən bəhanə əldə etmək üçün diqqətlə dinləyirlər. 2. Bəzən insanın qəlb xəstəliyi o qədər şiddətli olur ki, Peyğəmbərin (s) də sözləri onlara şəfa vermir. 3. Xalqın hidayəti üçün onlarda qəbul hazırlığı olmalıdır. Yalnız aşkar d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.