Yunus surəsi · 45-ci ayə

Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah onları bir yerə toplayacağı gün elə görünər ki, (dünyada və ya Bərzəxdə) bir saatdan artıq qalmamışlar. Həmin gün bir-birlərini tanıyarlar. Şübhəsiz, Allahla görüşü təkzib edənlər ziyankar oldular və heç vaxt hidayət olmamışlar.”
Nöqtələr
Qiyamət günü o qədər əzəmətlidir ki, ondan öncəki həyat olduqca qısa görünür. Bu həqiqət digər ayələrdə də bəyan olunmuşdur: "Sanki dünya və ya bərzəxdə bir gecədən artıq olmamışdılar.” ; "Güman edərsiniz ki, qiyamətdən öncə qısa bir müddət olmusunuz.” ; "On gündən artıq sakin olmadığınızı düşünərsiniz.” ; Dünya və ya Bərzəxdə bir gün və ya yarısı qədər olduğunuzu düşünərsiniz.” ; "Düşünərsiniz ki, bir saatdan artıq olmamısınız.” 
Dünya həyatının qısa görünməsinin səbəbi ya onun ötəriliyi, ya fürsətlərdən istifadə edilməməsi, ya axirətlə müqayisə, ya da insanların Bərzəxdə yuxuda olmasıdır. Onlar oyandıqdan sonra qısa bir müddətin ötdüyünü zənn edirlər.
Hər halda, həm axirətə münasibətdə dünya malı cüzidir, həm də zaman. İnsana elə gəlir ki, bir saatdan çox ötməmişdir.
Bildirişlər
1. Dünya həyatı qiyamət günü ilə müqayisədə çox qısadır.
2. Qiyamətdə insanlar bir-birlərini tanıyarlar.
3. Gerçək ziyankar o kəslərdir ki, qiyaməti inkar etməklə, əbədi axirət nemətlərindən məhrum olurlar. Belələri yalnız dünya ləzzətlərindən bəhrələndikləri halda, möminlər həm dünya nemətlərindən ləzzət alırlar, həm də axirət nemətlərindən.

Tez-tez Verilən Suallar

Yunus surəsi 45-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 45-ci ayəsi nə haqqındadır?
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər.
Yunus surəsi 45-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 45-ci ayənin təfsiri nədir?
"Allah onları bir yerə toplayacağı gün elə görünər ki, (dünyada və ya Bərzəxdə) bir saatdan artıq qalmamışlar. Həmin gün bir-birlərini tanıyarlar. Şübhəsiz, Allahla görüşü təkzib edənlər ziyankar oldular və heç vaxt hidayət olmamışlar.” Nöqtələr Qiyamət günü o qədər əzəmətlidir ki, ondan öncəki həyat olduqca qısa görünür. Bu həqiqət digər ayələrdə də bəyan olunmuşdur: "Sanki dünya və ya bərzəxdə bir gecədən artıq olmamışdılar.” ; "Güman edərsiniz ki, qiyamətdən öncə qısa bir müddət olmusunuz.” ;...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.