Yunus surəsi · 48-ci ayə

Və (onlar istehza ilə) deyərlər: «Əgər doğruçusunuzsa (dünya əzabı, yaxud Qiyamətin gəlməsi barədəki) bu vəd nə vaxt olacaqdır?»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kafirlər (istehza ilə) deyirlər: "Əgər düz deyirsinizsə, bu (əzab) vəd nə vaxtdır?”
Nöqtələr
Kafirlər dəfələrlə Peyğəmbərdən (s) istehza ilə soruşardılar ki, Allahın qəzəbi nə vaxtdır?! Onların bu təhqiramiz sualı təsir altına saldıqları fərdlərə ruh verirdi. Əslində isə bir işin həyata keçməsi üçün onun vaxtının bilinməsi şərt deyil.
Sual: Əgər hər bir qövm üçün rəsul varsa, nə üçün risalət silsiləsi kəsilmişdir?
Cavab: Rəsul dedikdə şəxsən peyğəmbər yox, peyğəmbərin gətirdikləri nəzərdə tutulur. Uyğun təbir belə anlaşılmamalıdır ki, hər məntəqənin öz peyğəmbəri var.
Peyğəmbərin xalq arasında olması və ədalətli mühakiməsi axirətə də aid ola bilər. Bu məsələyə "Zumər” surəsinin 69-cu ayəsində işarə olunmuşdur.
İmam Baqir (ə) buyurmuşdur: "İlahi peyğəmbərlər ədalət əsasında hökm edirlər.” 
Bildirişlər
1. Heç bir ümmətin peyğəmbərsiz olmaması ilahi sünnə, qanunlardandır.
2. Din tarixi bəşər tarixi ilə yanaşıdır. 
3. Ötən ayədə haqqında danışılan ilahi qəhr-qəzəb dəlillər tamamlandıqdan, peyğəmbərlər gəldikdən sonra gerçəkləşir.
4. Cəmiyyətdə ədalətin bərpası peyğəmbərlərin besəti sayəsində mümkün olur.
5. Qiyamətdə hər bir qövm öz peyğəmbəri ilə səhnəyə gəlir. Sonra onlar arasında ədalətlə mühakimə aparılır. 

Tez-tez Verilən Suallar

Yunus surəsi 48-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 48-ci ayəsi nə haqqındadır?
Və (onlar istehza ilə) deyərlər: «Əgər doğruçusunuzsa (dünya əzabı, yaxud Qiyamətin gəlməsi barədəki) bu vəd nə vaxt olacaqdır?»
Yunus surəsi 48-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 48-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 48-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 48-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 48-ci ayənin təfsiri nədir?
"Kafirlər (istehza ilə) deyirlər: "Əgər düz deyirsinizsə, bu (əzab) vəd nə vaxtdır?” Nöqtələr Kafirlər dəfələrlə Peyğəmbərdən (s) istehza ilə soruşardılar ki, Allahın qəzəbi nə vaxtdır?! Onların bu təhqiramiz sualı təsir altına saldıqları fərdlərə ruh verirdi. Əslində isə bir işin həyata keçməsi üçün onun vaxtının bilinməsi şərt deyil. Sual: Əgər hər bir qövm üçün rəsul varsa, nə üçün risalət silsiləsi kəsilmişdir? Cavab: Rəsul dedikdə şəxsən peyğəmbər yox, peyğəmbərin gətirdikləri nəzərdə tutul...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.