Yunus surəsi · 59-cu ayə

De: «Mənə, Allahın ruzi olaraq sizə nazil etdiyi və sizin bir hissəsini haram və bir hissəsini halal etdiyiniz şeydən xəbər verin.» De: «(Belə bir bölgü aparmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?» (Hökm çıxarmaq yalnız Allaha məxsusdur, Ondan başqasına yox! Maidə surəsinin 103-cü ayəsinə, eləcə də Ən’am surəsinin 138. və 139-cu ayələrinə müraciət edin.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 59
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, gördünüzmü, Allah sizin üçün nə ruzi nazil etdisə, (özbaşına) bəzisini haram, bəzisini halal etdiniz? De ki, Allah sizə icazə vermişdi, yoxsa iftira qoşursunuz?”
Nöqtələr
Müşriklərin əsassız qadağalarının nümunələri "Maidə” surəsinin 103-cü ayəsində bəyan olunmuşdur: onlar əkinlərindən bütlər və bütkədələr üçün pay qərar verib, bunu özlərinə haram edirdilər. Ya da heyvanların qarnında olanları kişilərə halal, qadınlara haram bilirdilər.” "Ənam” surəsinin 139-cu ayəsində isə belə buyurulur: "Amma Quran bütün bunları Allaha qarşı iftira sayır.
Bildirişlər
1. Qidalara münasibətdə əsas və ümumi qanun onların halal olmasıdır. Yəni bir şeyin haramlığı vəhy yolu ilə sübuta yetməmişsə, halaldır.
2. Ruzi Allah tərəfindən nazil olur.
3. Dini hökmlərdən, şəriətdən qabağa keçmək, Allahın haram buyurduğunu halal, halal buyurduğunu haram saymaq olmaz.
4. Şəriət və qanunçuluq Allaha məxsusdur.
5. Şəri hakimiyyət həvalə olunmuş, "təşrii vilayətə” malik olan kəslər Allahın izni ilə nələrisə halal, nələrisə haram edə bilərlər.
6. Dinə uyuşmayan, bidətli qanun hazırlayıb onu Allaha aid etmək günahdır.
7. Quran Allah tərəfindən icazə verilməmiş və vəhy kökü olmayan yanlış adət və ənənələri məhkum edir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 59-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 59-cu ayəsi nə haqqındadır?
De: «Mənə, Allahın ruzi olaraq sizə nazil etdiyi və sizin bir hissəsini haram və bir hissəsini halal etdiyiniz şeydən xəbər verin.» De: «(Belə bir bölgü aparmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?» (Hökm çıxarmaq yalnız Allaha məxsusdur, Ondan başqasına yox! Maidə surəsinin 103-cü ayəsinə, eləcə d...
Yunus surəsi 59-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 59-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 59-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 59-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 59-cu ayənin təfsiri nədir?
"De ki, gördünüzmü, Allah sizin üçün nə ruzi nazil etdisə, (özbaşına) bəzisini haram, bəzisini halal etdiniz? De ki, Allah sizə icazə vermişdi, yoxsa iftira qoşursunuz?” Nöqtələr Müşriklərin əsassız qadağalarının nümunələri "Maidə” surəsinin 103-cü ayəsində bəyan olunmuşdur: onlar əkinlərindən bütlər və bütkədələr üçün pay qərar verib, bunu özlərinə haram edirdilər. Ya da heyvanların qarnında olanları kişilərə halal, qadınlara haram bilirdilər.” "Ənam” surəsinin 139-cu ayəsində isə belə buyurulu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.