Yunus surəsi · 60-cu ayə

Allaha qarşı yalan uyduranların Qiyamət günü (barəsi)ndə gümanları nədir? (İftiralarına və şükrü tərk etmələrinə görə əzabdan başqa bir şey gözləyirlər?) Həqiqətən Allah (dünyada) bütün insanlara qarşı lütf və mərhəmət sahibidir və lakin onların çoxu şükr etmirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allaha iftira yaxanlar qiyamət gününü (onun cəzalarını) necə zənn edirlər? Həqiqətən, Allah xalqa bəxşiş və ehsan sahibidir. Amma onların çoxu şükür etmir.”
Nöqtələr
İslam Peyğəmbəri (s) var-dövləti, imkanı olduğu halda səliqə-səhmansız yaşayan bir kişini məzəmmət edib buyurdu: "Allahın nemətlərini nümayiş etdir. Allah bəndəsinə verdiyi nemətin əsərlərinin ən gözəl şəkildə görünməsini sevir.” 
Bildirişlər
1. Allaha iftira yaxmağın cəzası var. Allahın dünya həyatında bizə verdiyi möhlət qürur doğurmasın, Qiyamət mühakiməsini yaddan çıxarmayaq.
2. Allahın halal nemətlərinin qadağan olunması dünyəvi məhrumiyyət və qiyamət peşmançılığı ilə nəticələnir.
3. İlahi nemətlərdən istifadədə nə ifrata, nə də təfritə yol var. Nə maddiyyata əsir olmaq, nə də halal nemətlərdən üz döndərmək yaxşı sayılır.
4. Nemətlər bizim istəyimiz yox, Allahın fəzlidir. Belə isə, şükür edək.
5. Allahın halal nemətlərini haram etmək bir növ naşükürlükdür.

Tez-tez Verilən Suallar

Yunus surəsi 60-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 60-cu ayəsi nə haqqındadır?
Allaha qarşı yalan uyduranların Qiyamət günü (barəsi)ndə gümanları nədir? (İftiralarına və şükrü tərk etmələrinə görə əzabdan başqa bir şey gözləyirlər?) Həqiqətən Allah (dünyada) bütün insanlara qarşı lütf və mərhəmət sahibidir və lakin onların çoxu şükr etmirlər.
Yunus surəsi 60-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 60-cu ayənin təfsiri nədir?
"Allaha iftira yaxanlar qiyamət gününü (onun cəzalarını) necə zənn edirlər? Həqiqətən, Allah xalqa bəxşiş və ehsan sahibidir. Amma onların çoxu şükür etmir.” Nöqtələr İslam Peyğəmbəri (s) var-dövləti, imkanı olduğu halda səliqə-səhmansız yaşayan bir kişini məzəmmət edib buyurdu: "Allahın nemətlərini nümayiş etdir. Allah bəndəsinə verdiyi nemətin əsərlərinin ən gözəl şəkildə görünməsini sevir.”  Bildirişlər 1. Allaha iftira yaxmağın cəzası var. Allahın dünya həyatında bizə verdiyi möhlət qürur do...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.