Yunus surəsi · 68-ci ayə

(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Müşriklər) dedilər: "Allah övlad götürmüşdür.” O, pakdır, ehtiyacsızdır. Göylərdə və yerdə olan Onundur. Bu sözə sizin heç bir dəliliniz yoxdur. Bilmədiyiniz şeyi Allahamı aid edirsiniz?”
Nöqtələr
"İttəxəzəllahu vələdən” cümləsi "bir kəsi övladlığa götürdü” mənasını bildirir. Bu məna anadan olmaq, övladı olma mənalarından fərqlidir. Müşriklər mələkləri Allahın qızları hesab edirdilər. Yəhudilər Üzeyiri, məsihilər İsanı Allaha oğul sayırdılar.
Quranda bildirilir ki, vəzir Əziz öz zövcəsi Züleyxaya dedi: "Yusifi övladlığa götürək.”  Fironun arvadı Asiya ona dedi: "Musanı övladlığa götürək.” 
Bildirişlər
1. Allahın övlad götürməsinə heç bir səbəb yoxdur. O nə tənhalıqdan qorxur, nə varisə ehtiyaclıdır, nə köməkçiyə ehtiyac duyur, nə də nəsil davamı üçün övlada möhtacdır.
2. Dini əqidələr dəlilə əsaslanmalıdır.
3. Elmi əsası olmayan, dəlilsiz sözün dəyəri yoxdur.

Tez-tez Verilən Suallar

Yunus surəsi 68-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 68-ci ayəsi nə haqqındadır?
(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!
Yunus surəsi 68-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 68-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 68-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 68-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 68-ci ayənin təfsiri nədir?
"(Müşriklər) dedilər: "Allah övlad götürmüşdür.” O, pakdır, ehtiyacsızdır. Göylərdə və yerdə olan Onundur. Bu sözə sizin heç bir dəliliniz yoxdur. Bilmədiyiniz şeyi Allahamı aid edirsiniz?” Nöqtələr "İttəxəzəllahu vələdən” cümləsi "bir kəsi övladlığa götürdü” mənasını bildirir. Bu məna anadan olmaq, övladı olma mənalarından fərqlidir. Müşriklər mələkləri Allahın qızları hesab edirdilər. Yəhudilər Üzeyiri, məsihilər İsanı Allaha oğul sayırdılar. Quranda bildirilir ki, vəzir Əziz öz zövcəsi Züleyx...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.