Yunus surəsi · 74-cü ayə

Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik. Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu sayaq möhür vururuq.”
    Bildirişlər
    1. Ardıcıl peyğəmbər göndərmək ilahi sünnələrdəndir. (Allah həzrət Nuhla həzrət Musa arasındakı dövrdə başqa peyğəmbərlər göndərdi.)
    2. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.
    3. Bütün peyğəmbərlərin müxalifləri vardır.
    4. İnsan azaddır. O, möcüzələrə və Allahın qəzəbinə şahid olduqdan sonra da itaətsizlik göstərir.
    5. Təkəbbür və zülm qəlblərin möhürlənməsi üçün zəmindir.
    6. Möcüzə gördüyü halda iman gətirməyənlər həddi aşanlardır.

    Tez-tez Verilən Suallar

    Yunus surəsi 74-cü ayə haqqında suallar və cavablar

    Yunus surəsinin 74-cü ayəsi nə haqqındadır?
    Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərin...
    Yunus surəsi 74-cü ayə hansı surədə yerləşir?
    Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Yunus surəsinin tərkib hissəsidir.
    Yunus surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Yunus surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Yunus surəsi 74-cü ayənin təfsiri nədir?
    "Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik. Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu sayaq möhür vururuq.” Bildirişlər 1. Ardıcıl peyğəmbər göndərmək ilahi sünnələrdəndir. (Allah həzrət Nuhla həzrət Musa arasındakı dövrdə başqa peyğəmbərlər göndərdi.) 2. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur. 3. Bütün peyğəmbərlərin müxalifləri vardır. 4. İnsan azaddır. O, möcüzələrə və Al...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.