Yusif surəsi · 10-cu ayə

Onlardan biri (qardaşların ən böyüyü və ağıllısı) dedi: «Yusufu öldürməyin və əgər (doğrudan da) bir iş görənsinizsə, onu quyunun dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların arasından dillənən biri dedi: "Yusifi öldürməyin, onu quyunun dibinə atın ki, karvanlardan biri onu götürsün.”
Nöqtələr
"Cubb” dedikdə daş döşənmiş quyu başa düşülür. "Ğəyabət” quyunun divarında suya yaxın bir hissədə düzəldilmiş taxçadır. Yuxarıdan baxdıqda bu taxçalar görünmür.
"Nəhy-əz münkərin”, yəni pisliyə qadağa qoymağın gələcəkdə üzə çıxan bir sıra bərəkətləri var. "Öldürməyin” qadağası Yusifə nicat verdi. Yusif sonrakı illərdə məmləkəti qıtlıqdan qurtardı. Fironun arvadı Asya da "öldürməyin” deməklə Musanın canını qurtarmışdı. Musa sonralar Bəni-İsraili Fironun şərindən xilas etdi. "Maidə” surəsinin 32-ci ayəsində ilahi vədin aydın bir nümunəsi verilmişdir: "Hər kəs bir nəfərə həyat versə, sanki bütün xalqa həyat vermişdir.”
Bildirişlər
1. Bəzən bir fərdi pis işdən çəkindirmək bir toplumun baxışını dəyişə bilər. (Bir nəfər "öldürməyin” dedi, bir dəstənin fikrini dəyişdi.)
2. Sözü deyənin adı yox, sözün mənası mühümdür.
3. Çoxluqdan qorxmayaq, onlarla həmrəng olmayaq.
4. Əgər pis işin qarşısını tamamilə almaq mümkün deyilsə, ona güc çatan həddə mane olmaq lazımdır.
5. Nəinki yaxşı işlərdə, bəyənilməyən işlərdə də məsləhətləşmək faydalıdır. (Yusifin qardaşları onu qətlə yetirmək barədə məsləhətləşdilər).
6. Fəsadla mübarizə üçün bəzən fəsadı fəsadla aradan götürmək lazım gəlir. ("Onu öldürməyin, quyuya atın”.)
7. Pis işə qadağa qoymaqla yanaşı yaxşı iş təklif edək. (Bir işi görmə deyiriksə, deyək ki, hansı iş görülməlidir.)

Tez-tez Verilən Suallar

Yusif surəsi 10-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 10-cu ayəsi nə haqqındadır?
Onlardan biri (qardaşların ən böyüyü və ağıllısı) dedi: «Yusufu öldürməyin və əgər (doğrudan da) bir iş görənsinizsə, onu quyunun dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)
Yusif surəsi 10-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 10-cu ayənin təfsiri nədir?
"Onların arasından dillənən biri dedi: "Yusifi öldürməyin, onu quyunun dibinə atın ki, karvanlardan biri onu götürsün.” Nöqtələr "Cubb” dedikdə daş döşənmiş quyu başa düşülür. "Ğəyabət” quyunun divarında suya yaxın bir hissədə düzəldilmiş taxçadır. Yuxarıdan baxdıqda bu taxçalar görünmür. "Nəhy-əz münkərin”, yəni pisliyə qadağa qoymağın gələcəkdə üzə çıxan bir sıra bərəkətləri var. "Öldürməyin” qadağası Yusifə nicat verdi. Yusif sonrakı illərdə məmləkəti qıtlıqdan qurtardı. Fironun arvadı Asya d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.