Yusif surəsi · 105-ci ayə

Göylərdə və yerdə (Allahın tovhid, cəlal və camalına və məadın haqq olmasına dair) çoxlu nişanələr vardır ki, insanlar onların yanından üz çevirmiş və diqqətsiz halda keçib gedirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 105
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Göylərdə və yerdə nə çox nişanələr ki, onların yanından üz çevirmiş halda keçərlər.”
Nöqtələr
Bu ayə İslam Peyğəmbəri (s) və bütün həqiqi rəhbərlərə təsəlli verir. Əgər xalq əmr və tapşırıqlara etinasızlıq göstərirsə, nigaran olmaq lazım deyil. Onlar (əksəriyyət) Allahın təbiət və yaranışdakı qüdrət və hikmət nişanələri ilə daim rastlaşırlar, amma bir an belə düşünmürlər. Zəlzələlər, günəş və ay tutulmaları, şimşək, ulduzlar, kəhkəşanlar, bir sözlə hər şey göz qabağındadır. Amma onlar üz çevirirlər.
"Yəmurrunə ələyha” cümləsi 3 cür mənalandırılır:
1. İnsanların ilahi ayələrinin yanından ötüşüb onları müşahidə etməsi;
2. İnsanların ötüb keçməsi dedikdə yerin hərəkəti nəzərdə tutulur. Çünki yer hərəkət etdikcə insan göy aləmini seyr edir.
3. Göy nişanələrinin seyri, insanın kosmik gəmilərə süvar olması və bu peyklərin səmada hərəkəti ilə bağlı öngörənlikdir.
Üz çevirmək qəflətdən də təhlükəlidir. İnsan bəzən daimi rabitədə olduğu çoxsaylı nişanələri nəinki yaddan çıxarır, hətta bilərəkdən onlardan üz çevirir.
Bildirişlər
1. Bütün varlıq aləmi allahşünaslıq nişanəsi və rəmzidir.
2 İnsan inadkar olsa heç bir nişanəni qəbul etməz.
3. Dərin düşüncə ilə müşayiət olunmayan səthi baxış hidayət və tərbiyə üçün zəmin deyil.
4. Elm təklikdə bəs etmir, iman əldə etmək üçün haqqın qəbulu da lazımdır.
5. Əhvalatın "əhsənul-qəsəs”, yəni gözəl əhvalat olması bəs deyil. Ən mühümü bu böyük dərsləri qəbul edib işə salmaq üçün hazırlıqdır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 105-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 105-ci ayəsi nə haqqındadır?
Göylərdə və yerdə (Allahın tovhid, cəlal və camalına və məadın haqq olmasına dair) çoxlu nişanələr vardır ki, insanlar onların yanından üz çevirmiş və diqqətsiz halda keçib gedirlər.
Yusif surəsi 105-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 105-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 105-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 105-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 105-ci ayənin təfsiri nədir?
"Göylərdə və yerdə nə çox nişanələr ki, onların yanından üz çevirmiş halda keçərlər.” Nöqtələr Bu ayə İslam Peyğəmbəri (s) və bütün həqiqi rəhbərlərə təsəlli verir. Əgər xalq əmr və tapşırıqlara etinasızlıq göstərirsə, nigaran olmaq lazım deyil. Onlar (əksəriyyət) Allahın təbiət və yaranışdakı qüdrət və hikmət nişanələri ilə daim rastlaşırlar, amma bir an belə düşünmürlər. Zəlzələlər, günəş və ay tutulmaları, şimşək, ulduzlar, kəhkəşanlar, bir sözlə hər şey göz qabağındadır. Amma onlar üz çeviri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.