Yusif surəsi · 108-ci ayə

(Ya Peyğəmbər,) de: «Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyb və nöqsanlardan pak (və uzaq)dır və mən müşriklərdən deyiləm».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər! Sən də) de: «Bu mənim yolumdur.» Mən və mənə tabe olan hər kəs bəsirətli halda Allaha doğru dəvət edirik. Allah pakdır və mən müşriklərdən deyiləm.”
Nöqtələr
Tövhidə dəvət edən insan xof kütləsindən fərqlənir. Ötən iki ayədə dedik ki, xalqın əksəri xalis iman gətirmir. Din təbliğatçısı isə "mən müşriklərdən deyiləm” deyə bilməlidir.
Bildirişlər
1. Peyğəmbərlərin yolu aydındır və hamının tanıyacağı şəkildə göz qabağındadır.
2. Haqq yolun yolçuları öz mövqelərini açıq şəkildə, qorxu-hürküsüz bəyan etməlidirlər.
3. Rəhbər xalqı özünə doğru yox, Allaha doğru çağırmalıdır.
4. Rəhbərin kamil bəsirəti olmalıdır.
5. Xalqı gözü bağlı, məlumatlandırmadan bir işə dəvət etmək olmaz.
6. Peyğəmbərin hər bir ardıcılı xalqı bəsirət və agahlıqla Allaha doğru dəvət edən təbliğatçı olmalıdır.
7. Allahı hər növ şirk və şərikdən pak tanıtdırmaq təbliğ mehvəridir.
8. Din təbliğatçısı şirkdən uzaq, xalis şəxs olmalıdır.
9. İslam dininin əsası tövhid və şirkdən uzaqlıqdır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 108-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 108-ci ayəsi nə haqqındadır?
(Ya Peyğəmbər,) de: «Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyb və nöqsanlardan pak (və uzaq)dır və mən müşriklərdən deyiləm».
Yusif surəsi 108-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 108-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 108-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 108-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 108-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər! Sən də) de: «Bu mənim yolumdur.» Mən və mənə tabe olan hər kəs bəsirətli halda Allaha doğru dəvət edirik. Allah pakdır və mən müşriklərdən deyiləm.” Nöqtələr Tövhidə dəvət edən insan xof kütləsindən fərqlənir. Ötən iki ayədə dedik ki, xalqın əksəri xalis iman gətirmir. Din təbliğatçısı isə "mən müşriklərdən deyiləm” deyə bilməlidir. Bildirişlər 1. Peyğəmbərlərin yolu aydındır və hamının tanıyacağı şəkildə göz qabağındadır. 2. Haqq yolun yolçuları öz mövqelərini açıq şəkildə, qorx...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.