Yusif surəsi · 111-cü ayə

Şübhəsiz, onların (peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Qur’an) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, onların əhvalatında düşüncə sahibləri üçün ibrət var. Bu, uydurulmuş bir söz deyil, əksinə ondan əvvəl gələni, hər şeyi aydınladanı, iman gətirənlər üçün hidayət və rəhmət olanı (səmavi kitabı) təsdiq edəndir.”
Nöqtələr
"İbrət” və "təbir” sözləri ötüb-keçmək mənasını bildirir.”Yuxu təbiri” dedikdə, röyadan gerçəkliyə keçid nəzərdə tutulur. "İbrət” isə görünən və eşidilənlərdən görünməyən və eşidilməyənlərə keçid mənası daşıyır.
"Qəsəsihim” sözü bütün peyğəmbərlərin dastanlarına işarə ola bilər. Burada Yusifin, Yəqubun, Yusifin qardaşlarının, Əzizi-Misrin əhvalatı nəzərdə tutula bilər. Məqsəd surədəki acı və şirin hadisələr də ola bilər.
Bildirişlər
1. Əhvalatı imtiyazlı edən onun ibrətamiz olmasıdır.
2. Həzrət Yusif ona qarşı yönəlmiş hiylələrə, çətinliklərə baxmayaraq izzət və qüdrətə çatdığı kimi, İslam Peyğəmbəri (s) də bütün maneələri adlayaraq izzət və qüdrətə çatdı.
3. Yalnız düşüncə sahibləri nəql olunan əhvalatlardan öyüd-nəsihət götürürlər.
4. Quran əhvalatlarından ibrət götürülməsi bir dövrə aid zərurət deyil.
5. Quran əhvalatları göz qabağında olan ibrətamiz gerçəkliklərin bəyanıdır.
6. Düzgün və gerçək danışığın dərin təsiri var.
7. Quran digər səmavi kitablarla tərəfdardır.
8. Quran insanın bütün ehtiyaclarını bəyan edir.
9. Quranda heç bir azğınlıq qatqısı yoxdur və sırf hidayətdir.
10. Yalnız iman əhli Quranın hidayət və rəhmətindən bəhrələnir.
11. Bir məsələni dəyərləndirib ibrət götürmək üçün ağıla ehtiyac var. İlahi nur və rəhmətə çatmaq üçün isə həm də iman lazımdır.
12. Yusifin əhvalatı həqiqət axtaranlar üçün dəlil, düşüncə sahibləri üçün ibrət, iman əhli üçün hidayət və rəhmət səbəbidir.

Tez-tez Verilən Suallar

Yusif surəsi 111-cü ayə haqqında suallar və cavablar

Yusif surəsinin 111-cü ayəsi nə haqqındadır?
Şübhəsiz, onların (peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Qur’an) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan ...
Yusif surəsi 111-cü ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 111-cü ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 111-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 111-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 111-cü ayənin təfsiri nədir?
"Həqiqətən, onların əhvalatında düşüncə sahibləri üçün ibrət var. Bu, uydurulmuş bir söz deyil, əksinə ondan əvvəl gələni, hər şeyi aydınladanı, iman gətirənlər üçün hidayət və rəhmət olanı (səmavi kitabı) təsdiq edəndir.” Nöqtələr "İbrət” və "təbir” sözləri ötüb-keçmək mənasını bildirir.”Yuxu təbiri” dedikdə, röyadan gerçəkliyə keçid nəzərdə tutulur. "İbrət” isə görünən və eşidilənlərdən görünməyən və eşidilməyənlərə keçid mənası daşıyır. "Qəsəsihim” sözü bütün peyğəmbərlərin dastanlarına işarə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.