Yusif surəsi · 13-cü ayə

Dedi: «Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 13
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yəqub) dedi: "Həqiqətən, onu aparmağınızla məni qəmləndirirsiniz. Qorxuram ki, onu canavar yesin və siz xəbərsiz olasınız.”
Bildirişlər
1. Övlad qarşısında məsuliyyət və ona can yandırmaq peyğəmbərlərin xislətlərindəndir.
2. Ayrılıq hətta peyğəmbərlər üçün də ağrılıdır.
3. İnsan həssas yanaşdığı nöqtələrdən imtahana çəkilir. (Yəqub Yusifə münasibətdə çox həssas idi. Yusifin ayrılığı onun üçün imtahan oldu.)
4. Həya pərdəsini yırtmayın.
(Yəqub övladlarının həsədindən xəbərdar idi, ona görə də Yusifə buyurdu: "Gördüyün yuxunu qardaşlarına danışma.” Amma Yəqub burada övladlarının həsədindən söz açmır. O, sadəcə, canavarı və övladlarının Yusifdən xəbərsiz qalacaqlarını bəhanə gətirir.)
5. Övladlarınıza müstəqillik verin.
(Atanın övlada eşqi və ehtimal olunan təhlükələrdən qoruması iki prinsipdir. Amma övlada istiqlal vermək də başqa bir prinsipdir. Yəqub Yusifi o biri qardaşları ilə göndərdi. Çünki gənc aram-aram istiqlal əldə etməli və atasından ayrılmalıdır. Övlad tələsmədən özünə dost seçməli, düşünüb öz ayağı üstündə dayanmalı və bu yolda çətinliklərə dözməlidir.)
6. Öz həssas nöqtələrinizi hamıya açıqlamayın. Qarşı tərəf nə vaxtsa bu məlumatdan sizə qarşı istifadə edə bilər.
7. Qəflət insanın zərbə almasına səbəb olur.

Tez-tez Verilən Suallar

Yusif surəsi 13-cü ayə haqqında suallar və cavablar

Yusif surəsinin 13-cü ayəsi nə haqqındadır?
Dedi: «Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin.»
Yusif surəsi 13-cü ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 13-cü ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 13-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 13-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 13-cü ayənin təfsiri nədir?
"(Yəqub) dedi: "Həqiqətən, onu aparmağınızla məni qəmləndirirsiniz. Qorxuram ki, onu canavar yesin və siz xəbərsiz olasınız.” Bildirişlər 1. Övlad qarşısında məsuliyyət və ona can yandırmaq peyğəmbərlərin xislətlərindəndir. 2. Ayrılıq hətta peyğəmbərlər üçün də ağrılıdır. 3. İnsan həssas yanaşdığı nöqtələrdən imtahana çəkilir. (Yəqub Yusifə münasibətdə çox həssas idi. Yusifin ayrılığı onun üçün imtahan oldu.) 4. Həya pərdəsini yırtmayın. (Yəqub övladlarının həsədindən xəbərdar idi, ona görə də Y...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.