Yusif surəsi · 16-cı ayə

Və axşam ağlaya-ağlaya atalarının yanına gəldilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Öz planlarını həyata keçirdikdən sonra) gecə vaxtı ağlar halda atalarının yanına gəldilər.”
Nöqtələr
Quranda dörd növ göz yaşına işarə olunur:
1. Şövqdən göz yaşı; məsihilərdən bir dəstəsi Quran ayələrini eşitdikdə ağlayırdı.
2. Qüssə və həsrətdən göz yaşı; aşiq müsəlmanlar Peyğəmbərdən (s) cəbhəyə getmək imkanı olmadığını eşitdikdə ağlayırdılar.
3. Qorxudan göz yaşı; övliyalara ilahi ayələr oxunduqda ağlayaraq səcdəyə düşürdülər.
4. Saxta göz yaşı; Yusifin qardaşları ağlar halda Yəqubun yanına gəldilər.
Bildirişlər
1. Fitnəkarlar hiss və zamanın roluna diqqətlidirlər.
2. Göz yaşı sədaqət nişanəsi olmaya da bilər. Hər göz yaşına inanmayın.

Tez-tez Verilən Suallar

Yusif surəsi 16-cı ayə haqqında suallar və cavablar

Yusif surəsinin 16-cı ayəsi nə haqqındadır?
Və axşam ağlaya-ağlaya atalarının yanına gəldilər.
Yusif surəsi 16-cı ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 16-cı ayənin təfsiri nədir?
"(Öz planlarını həyata keçirdikdən sonra) gecə vaxtı ağlar halda atalarının yanına gəldilər.” Nöqtələr Quranda dörd növ göz yaşına işarə olunur: 1. Şövqdən göz yaşı; məsihilərdən bir dəstəsi Quran ayələrini eşitdikdə ağlayırdı. 2. Qüssə və həsrətdən göz yaşı; aşiq müsəlmanlar Peyğəmbərdən (s) cəbhəyə getmək imkanı olmadığını eşitdikdə ağlayırdılar. 3. Qorxudan göz yaşı; övliyalara ilahi ayələr oxunduqda ağlayaraq səcdəyə düşürdülər. 4. Saxta göz yaşı; Yusifin qardaşları ağlar halda Yəqubun yanın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.