Yusif surəsi · 29-cu ayə

«Ey Yusuf, sən bu hadisədən (onu faş etməkdən) daşın və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"(Əzizi-Misr dedi:) Yusif, bu məsələyə göz yum (onu açıqlama; zövcəsinə xitabən dedi:) günahına görə tövbə et, çünki xətakarlardan olmusan.”

Bildirişlər
1. Əzizi-Misr istəyirdi ki, məsələ məxfi qalsın. Amma Yusifin paklığı sübuta yetsin deyə, bütün əsrlərin insanları bu macəradan xəbər tutdular.
2. İnsanların çirkin əməlləri açıqlanmamalıdır.
3. Əzizi-Misr öz məqamına xatır Yusifdən bu məsələyə göz yummasını istədi.
4. Əzizi-Misr də digər saray adamları kimi namus və qeyrət məsələsinə biganə idi. O öz arvadının tövbə etməsi ilə kifayətləndi və onu ciddi cəzalandırmadı.
5. Qeyri-ilahi rəhbərlər öz yaxınlarının pis işləri ilə sərt rəftar etmək gücündə deyildirlər.
6. Qadının öz ərindən başqası ilə rabitə qurmağa çalışması çirkin və qeyri-şəri bir işdir.
7. Qeyri-qanuni cinsi əlaqə hətta dindar olmayanlar arasında da xoşagəlməz sayılır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 29-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 29-cu ayəsi nə haqqındadır?
«Ey Yusuf, sən bu hadisədən (onu faş etməkdən) daşın və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.»
Yusif surəsi 29-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 29-cu ayənin təfsiri nədir?
"(Əzizi-Misr dedi:) Yusif, bu məsələyə göz yum (onu açıqlama; zövcəsinə xitabən dedi:) günahına görə tövbə et, çünki xətakarlardan olmusan.” Bildirişlər 1. Əzizi-Misr istəyirdi ki, məsələ məxfi qalsın. Amma Yusifin paklığı sübuta yetsin deyə, bütün əsrlərin insanları bu macəradan xəbər tutdular. 2. İnsanların çirkin əməlləri açıqlanmamalıdır. 3. Əzizi-Misr öz məqamına xatır Yusifdən bu məsələyə göz yummasını istədi. 4. Əzizi-Misr də digər saray adamları kimi namus və qeyrət məsələsinə biganə idi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.