Yusif surəsi · 35-ci ayə

O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması və onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq qərarına gəldilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Gördükləri nişanə və şahidlərdən sonra onlara elə göründü ki, onu (Yusifi) bir müddət zindana salsınlar.”

Bildirişlər
1. Bir dəlinin quyuya atdığı daşı yüz ağıllı çıxara bilmir. Bir qadın aşiq oldu, bir bu qədər kişi, dövlət adamı həmin rüsvayçılığın qarşısını ala bilmədi.
2. Saray həyatında, adətən, harınlıq və sırtıqlıq müşahidə olunur. Yusifin paklığına bir bu qədər dəlil olduğu halda yenə o, zindana salındı.
3. Gözəllik həmişə xoşbəxtlik gətirmir, onun həm də baş ağrısı var.
4. Zalımların saraylarında adətən mühakimə qiyabi, dəbdəbə üçün aparılır. Beləcə, günahsız insanlar məhkum edilir. (Əlbəttə ki, bəzi hallarda belə olmur).
5. Günahkar cəmiyyətdə həvəsbazlar azadlıqda, müttəqilər isə zindandadır.
6. Xətakar insanlar, xüsusi ilə zövq sahibləri çox vaxt öz əməllərinin məsuliyyətini qəbul etmir, başqalarını qurban vermək istəyirlər.
7. Zalım quruluşlarda ən məsum insan ən məzlum insandır.
8. Paklanmağın və pak qalmağın zəhməti var.
9. Yusifin zindana salınmasında məqsəd Əzizi-Misrin ailəsini rüsvayçılıqdan qurtarmaq, şayiələrə son qoymaq idi.
10. Məhkəmə orqanları zalımların istəyi əsasında hökm çıxarırsa, zindanda qalma müddəti qeyri-müəyyən olur.

Tez-tez Verilən Suallar

Yusif surəsi 35-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 35-ci ayəsi nə haqqındadır?
O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması və onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq qərarına gəldilər.
Yusif surəsi 35-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 35-ci ayənin təfsiri nədir?
"Gördükləri nişanə və şahidlərdən sonra onlara elə göründü ki, onu (Yusifi) bir müddət zindana salsınlar.” Bildirişlər 1. Bir dəlinin quyuya atdığı daşı yüz ağıllı çıxara bilmir. Bir qadın aşiq oldu, bir bu qədər kişi, dövlət adamı həmin rüsvayçılığın qarşısını ala bilmədi. 2. Saray həyatında, adətən, harınlıq və sırtıqlıq müşahidə olunur. Yusifin paklığına bir bu qədər dəlil olduğu halda yenə o, zindana salındı. 3. Gözəllik həmişə xoşbəxtlik gətirmir, onun həm də baş ağrısı var. 4. Zalımların s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.