Yusif surəsi · 39-cu ayə

«Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey mənim iki zindan yoldaşım! Müxtəlif tanrılar yaxşıdır, yoxsa ixtiyar sahibi olan bir Allah?”
Nöqtələr
İnsanlar üç qrupdur: Bir dəstə formasını dəyişir. Onlar hava və su kimi düşdükləri qabın formasını alır. Digər bir qrup dəmir və polad kimi möhkəmdir, xarici təsirlərə qarşı müqavimət göstərir. Üçüncü qrup isə başqalarını haqq rənginə boyayan imam və rəhbərlərdir. Yusif üçüncü zümrənin nümunəsidir. O, zindanda da müşrikləri təkallahlığa doğru yönəldir.
Quranın müxtəlif yerlərində müqayisə və sorğu-sual üsulundan istifadə olunur. Bu üsulun Allaha münasibətdə işlədilmiş nümunələrinə nəzər salaq:
1. "Allahın əvəzinə seçdiyiniz şəriklərdən yaradıb, sonra geri qaytara biləni varmı?”
2. "Allaha qoşduğunuz şəriklərdən hidayət edəni varmı?”
3. "Bir olan Allah hər şeyin Rəbbi olduğu halda Ondan başqasını tanrımı qəbul edim?”
4. "Allah üstündür, yoxsa Ona qoşulan şəriklər?”
Bildirişlər
1. Xalqı məhəbbət və sevgi ilə çağırın.
2. Fərdlərin fitrətini oyatmaq üçün məhəbbət və ehsan yolundan faydalanın.
3. İnsan yanaşı əyləşdiyi fərdlər qarşısında da məsuliyyət daşıyır.
4. Həssas məkan və zamanlardan təbliğ üçün istifadə edin. (Yusif görəndə ki, onun yuxu təbir etməsinə ehtiyac var, bu fürsətdən istifadə edib təbliğə başladı.)
5. Sual və müqayisə təbliğ və hidayət yollarından biridir.
6. Tövhidə etiqad imanın əsasıdır. (Yusif öz dəvətinə tövhiddən başladı.)
7. Çoxsaylı tanrılar təfriqə və pərakəndəlik amilidirlər. Vahid Allah isə vəhdəti təmin edir.
8. Bəşərin fitrəti təfriqə və parçalanmalardan zara gəlmişdir. Yusif həmin təzahürdən tövhidin isbatı üçün faydalandı.
9. Vəhdət və birlik qüdrət və qələbə amilidir.

Tez-tez Verilən Suallar

Yusif surəsi 39-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 39-cu ayəsi nə haqqındadır?
«Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»
Yusif surəsi 39-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 39-cu ayənin təfsiri nədir?
"Ey mənim iki zindan yoldaşım! Müxtəlif tanrılar yaxşıdır, yoxsa ixtiyar sahibi olan bir Allah?” Nöqtələr İnsanlar üç qrupdur: Bir dəstə formasını dəyişir. Onlar hava və su kimi düşdükləri qabın formasını alır. Digər bir qrup dəmir və polad kimi möhkəmdir, xarici təsirlərə qarşı müqavimət göstərir. Üçüncü qrup isə başqalarını haqq rənginə boyayan imam və rəhbərlərdir. Yusif üçüncü zümrənin nümunəsidir. O, zindanda da müşrikləri təkallahlığa doğru yönəldir. Quranın müxtəlif yerlərində müqayisə və...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.