Yusif surəsi · 41-ci ayə

«Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir. O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi qətidir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey mənim zindan dostlarım! Sizlərdən biriniz (azad olduqdan sonra) öz ağasına şərab içirər, digəri isə dardan asılar. (Darda o qədər qalar ki,) quşlar (dimdikləri ilə) onun başından yeyərlər. Haqqında mənim nəzərimi bilmək istədiyiniz iş qəti və labüddür.”
Nöqtələr
"Rəbb” sözü hakim, malik, ağa mənasını bildirir. "Rəbbud-dar” dedikdə "ev sahibi” başa düşülür. "Fəyəsqi rəbbəhu xəmrən”, yəni öz ağasına şərab içirər.
Bildirişlər
1. Sizinlə eyni fikirdə olmasalar da, insanlara hörmətlə yanaşın.
2. Müraciət edənlərə növbə ilə cavab verilməlidir. (Həzrət Yusif daha tez danışılan yuxunu birinci təbir edir.)
3. Təkallahçı olmayan insanın da yuxuları bəzən mühüm təbirə malik ola bilər.
4. Xoş xəbəri öncə deyin.
5. Yuxu xoş olmasa da təbirçi onu təbir edə bilər.
6. Yusifin yuxu təbiri öngörənlik yox, Allah tərəfindən qəti xəbərdir.

Tez-tez Verilən Suallar

Yusif surəsi 41-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 41-ci ayəsi nə haqqındadır?
«Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir. O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi ...
Yusif surəsi 41-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 41-ci ayənin təfsiri nədir?
"Ey mənim zindan dostlarım! Sizlərdən biriniz (azad olduqdan sonra) öz ağasına şərab içirər, digəri isə dardan asılar. (Darda o qədər qalar ki,) quşlar (dimdikləri ilə) onun başından yeyərlər. Haqqında mənim nəzərimi bilmək istədiyiniz iş qəti və labüddür.” Nöqtələr "Rəbb” sözü hakim, malik, ağa mənasını bildirir. "Rəbbud-dar” dedikdə "ev sahibi” başa düşülür. "Fəyəsqi rəbbəhu xəmrən”, yəni öz ağasına şərab içirər. Bildirişlər 1. Sizinlə eyni fikirdə olmasalar da, insanlara hörmətlə yanaşın. 2. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.