Yusif surəsi · 43-cü ayə

Və (bir gün) şah dedi: «Mən (yuxuda) yeddi arıq inəyin yediyi yeddi kök inək, həmçinin yeddi yaşıl sünbül və (yaşıl sünbüllərə sarılaraq onları qurudan) digər quru sünbüllər gördüm. Ey tayfa başçıları, əgər yuxu yozursunuzsa, mənə yuxum barədə fikir bildirin.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"(Bir gün) padşah dedi: "Mən yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə digər yeddi quru sünbül gördüm. Ey qövm başçıları! Əgər yuxu təbir edirsinizsə, yuxum haqqında mənə bir söz deyin.”

Nöqtələr
Bu ayəyədək hazırkı surədə dörd yuxu haqqında danışıldı: Yusifin öz yuxusu, məhbusların yuxusu, Misir padşahının yuxusu. Birinci yuxu Yusif üçün çətinlik, digər yuxular isə onun üçün izzət gətirdi. Tövratda deyilir: "Padşah bir dəfə yuxuda gördü ki, arıq inəklər kök inəkləri yeyir və yaşıl sünbüllərin yanında qurumuş sünbüllər var.
Əzizi-Misrin həmin Misir padşahı, yoxsa başqa bir saray adamı olması ilə bağlı müxtəlif fikirlər var.
"Rövzeyi-kafi” kitabında deyilir ki, üç növ yuxu var: İlahi müjdə olan yuxu, şeytanın qorxu yaratdığı yuxu, yorğunluq və pərişanlıqdan yaranan yuxu.
Bildirişlər
1. Allah zalım bir padşahın yuxu görməsi ilə (bir şərtlə ki, bu yuxunu Yusif təbir etsin) bir milləti qıtlıqdan xilas edir.
2. Misir padşahı öz heyrətamiz yuxusunu bir neçə dəfə görmüşdü. (Təkrar gerçəkliyin sübutu üçündür.)
3. Əşya və heyvanların röya aləmində müəyyən simvolları var. (Məsələn, arıq inək qıtlıq simvoludur, kök inək bolluq simvoludur.)
4. Rəislər və qüdrət sahibləri cüzi acı xatirə ilə (pis bir yuxu ilə) qorxuya düşürlər ki, məbada qüdrət əllərindən alınmış olsun.
5. Hakimlər də ağıllı insanlarla məşvərətə ehtiyaclıdırlar.
6. Yuxu təbiri üçün bu işi bilənə müraciət olunmalıdır. Hər adamın təbirinə inanmaq olmaz.

Tez-tez Verilən Suallar

Yusif surəsi 43-cü ayə haqqında suallar və cavablar

Yusif surəsinin 43-cü ayəsi nə haqqındadır?
Və (bir gün) şah dedi: «Mən (yuxuda) yeddi arıq inəyin yediyi yeddi kök inək, həmçinin yeddi yaşıl sünbül və (yaşıl sünbüllərə sarılaraq onları qurudan) digər quru sünbüllər gördüm. Ey tayfa başçıları, əgər yuxu yozursunuzsa, mənə yuxum barədə fikir bildirin.»
Yusif surəsi 43-cü ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 43-cü ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 43-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 43-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 43-cü ayənin təfsiri nədir?
"(Bir gün) padşah dedi: "Mən yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə digər yeddi quru sünbül gördüm. Ey qövm başçıları! Əgər yuxu təbir edirsinizsə, yuxum haqqında mənə bir söz deyin.” Nöqtələr Bu ayəyədək hazırkı surədə dörd yuxu haqqında danışıldı: Yusifin öz yuxusu, məhbusların yuxusu, Misir padşahının yuxusu. Birinci yuxu Yusif üçün çətinlik, digər yuxular isə onun üçün izzət gətirdi. Tövratda deyilir: "Padşah bir dəfə yuxuda gördü ki, arıq inəklər kök inəkləri yey...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.