Yusif surəsi · 44-cü ayə

Dedilər: «Qarma-qarışıq yuxulardır və biz qarma-qarışıq yuxuların yozumunu bilmirik».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Padşahın ətrafındakılar) dedilər: "Bunlar qarışıq yuxulardır və biz qarışıq yuxuların təbirini bilmirik.”
Nöqtələr
"Zəğs” sözünün cəm forması olan "əzğas” sözü qarışdırmaq, "ziğs” sözü isə qarışıq çubuq dəstəsi mənasını bildirir. "Əhlam” dedikdə qarışıq yuxu nəzərdə tutulur. "Əzğasu əhlam” isə təbirçinin yoza bilmədiyi pərakəndə yuxu mənasını bildirir.
Bildirişlər
1. Öz bilməzliyinizə və cəhalətinizə don geyindirməyin. (Saray adamları yuxunun təbirini bilmədiklərindən "şahın yuxusu qarışıqdır” söylədilər)
2. Bir çox yuxular pərakəndə görünsə də təbir olunur.
3. İş mütəxəssisə tapşırılmalıdır. (Mütəxəssis yuxunu təbir edir, qeyri-mütəxəssis yuxunu qarışıq sayır.)

Tez-tez Verilən Suallar

Yusif surəsi 44-cü ayə haqqında suallar və cavablar

Yusif surəsinin 44-cü ayəsi nə haqqındadır?
Dedilər: «Qarma-qarışıq yuxulardır və biz qarma-qarışıq yuxuların yozumunu bilmirik».
Yusif surəsi 44-cü ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 44-cü ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 44-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 44-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 44-cü ayənin təfsiri nədir?
"(Padşahın ətrafındakılar) dedilər: "Bunlar qarışıq yuxulardır və biz qarışıq yuxuların təbirini bilmirik.” Nöqtələr "Zəğs” sözünün cəm forması olan "əzğas” sözü qarışdırmaq, "ziğs” sözü isə qarışıq çubuq dəstəsi mənasını bildirir. "Əhlam” dedikdə qarışıq yuxu nəzərdə tutulur. "Əzğasu əhlam” isə təbirçinin yoza bilmədiyi pərakəndə yuxu mənasını bildirir. Bildirişlər 1. Öz bilməzliyinizə və cəhalətinizə don geyindirməyin. (Saray adamları yuxunun təbirini bilmədiklərindən "şahın yuxusu qarışıqdır”...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.