Yusif surəsi · 45-ci ayə

Və (zindandakı) o iki nəfərdən nicat tapmış və uzun bir müddət sonra (zindanı, Yusufu və yuxu yozumunu) yada salan şəxs dedi: «Mən sizi bu yuxunun yozumundan xəbərdar edərəm. Buna görə də məni (zindana) göndərin!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O iki nəfərdən xilas olan kəs bir müddət sonra (Yusifi) xatırladı və (Əzizi-Misrə) dedi: "Məni (Yusifin ardınca) göndərin, sizi (yuxunun təbirindən) xəbərdar edim.”
Nöqtələr
"Ummət” dedikdə insan toplumu nəzərdə tutulsa da, burada həmin söz günlər (müddətlər) mənasında işlədilmişdir.
Bildirişlər
1. Yaxşılıq gec ya tez öz təsirini göstərir.
2. Təkcə ehtiyaclı olanda dostları xatırlamayaq. (Yuxu təbirinə ehtiyac yarandıqda Yusif yada düşdü.)
3. Məqama çatmaq adətən keçmişi insanın yadından çıxarır.
4. Başqalarını bir işə yönəldən kəs sanki özü həmin işi görmüşdür.
5. Yusifin zindan yoldaşı onun təbirinə o qədər inanırdı ki, padşaha öz tərəfindən qəti vəd verdi.
6. Agah insanları cəmiyyətə tanıtdıraq ki, xalq onlardan bəhrələnə bilsin.
7. Bəzi mütəxəssislər tənhalığa çəkilir. Onları yaddan çıxarmayın.
8. Ustadı hüzura gətirmək yox, onun hüzuruna getmək lazımdır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 45-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 45-ci ayəsi nə haqqındadır?
Və (zindandakı) o iki nəfərdən nicat tapmış və uzun bir müddət sonra (zindanı, Yusufu və yuxu yozumunu) yada salan şəxs dedi: «Mən sizi bu yuxunun yozumundan xəbərdar edərəm. Buna görə də məni (zindana) göndərin!»
Yusif surəsi 45-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 45-ci ayənin təfsiri nədir?
"O iki nəfərdən xilas olan kəs bir müddət sonra (Yusifi) xatırladı və (Əzizi-Misrə) dedi: "Məni (Yusifin ardınca) göndərin, sizi (yuxunun təbirindən) xəbərdar edim.” Nöqtələr "Ummət” dedikdə insan toplumu nəzərdə tutulsa da, burada həmin söz günlər (müddətlər) mənasında işlədilmişdir. Bildirişlər 1. Yaxşılıq gec ya tez öz təsirini göstərir. 2. Təkcə ehtiyaclı olanda dostları xatırlamayaq. (Yuxu təbirinə ehtiyac yarandıqda Yusif yada düşdü.) 3. Məqama çatmaq adətən keçmişi insanın yadından çıxarı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.