Yusif surəsi · 49-cu ayə

«Sonra bunun ardınca elə bir il gələr ki, onda camaatın dadına yetişilər və onlar yağış görərlər. Və onlar onda (süd üçün heyvanların döşlərini, şirə almaq üçün meyvələri və yağ düzəltmək üçün dənələri) sıxarlar».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 49
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sonra onun ardınca bir il gələr ki, həmin ildə xalqa yağış nazil olar (qıtlıq müşkülü başa çatar). Həmin ildə xalq (bolluq olduğundan) sıxılmış şirə götürər.”
Nöqtələr
"Yuğasun nas” tərkibi "ğəvs” sözündən götürüldükdə "xalqa Allah tərəfindən yardım olunar”, "ğəys” sözündən götürüldükdə isə "yağış yağar və acı hadisələr başa çatar” mənasını bildirir.
Yuxudakı yeddi kök və arıq inək, yeddi yaşıl və quru sünbül Yusif tərəfindən on dörd il bolluq və qıtlıq kimi təbir olundu. 15-ci ildə yağış nazil olması və bolluq yaranması padşahın yuxusunda görünməmişdi, Yusifin Allah tərəfindən bəyan etdiyi qeybi bir xəbər idi. Bu xəbərlə onun peyğəmbərliyinin elanı üçün zəmin yarandı.
Cəmiyyətdə işlək bir müdiriyyətin şərtləri var: xalqın etimadı, sədaqət, elm və bilik, düzgün öngörmə, xalqın itaəti (çünki Yusifin planını həyata keçirən xalq idi).
Bildirişlər
1. Hazırlıq məqsədi ilə xalqı gələcək çətinliklərdən xəbərdar edək.
2. Çətinlik dövrü üçün ehtiyat toplamaq və proqram hazırlamaq dəyərli bir işdir.
3. Gələcəyi düşünmək və proqram hazırlamaq milləti hadisələr böhranından xilas edə bilər.
4. Məsrəfdə əkin və sərmayə üçün ehtiyat saxlayın.
5. Çətin şəraitdə əsas dayaqları və sərmayələri qorumaq lazımdır.
6. Qida maddələrinin xarab olmaması üçün onların saxlanma və dəyişmə üsullarını öyrənək.
7. Çətinlikdən sonra asanlıq gəlir.
8. İnsanların çətinliyə dözə bilməsi üçün onlara gələcəklə bağlı ümid verək.
9. Hava və yağıntının öncədən müəyyənləşdirilməsi (proqnozlaşdırılması) əkinçiliyin planlaşdırılmasında faydalı işdir.
10. Yuxular insanı gələcək hadisələrdən xəbərdar edib, onun üçün qurtuluş rəmzi ola bilər.
11. Bizim məntəqəmizdən və ölkəmizdən olmayan insanların da problemlərini aradan qaldırmaq üçün çalışaq. (Yusifin planı öz məntəqəsi üçün nəzərdə tutulmamışdı.)
12. Elm və bilik hökumətlərin inkişaf və davam, cəmiyyətlərin əmin-amanlıq və rifah rəmzidir. (Yusifin qəhətlik və quraqlıqla mübarizə planları onun bilik və düşüncəsindən danışır.)

Tez-tez Verilən Suallar

Yusif surəsi 49-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 49-cu ayəsi nə haqqındadır?
«Sonra bunun ardınca elə bir il gələr ki, onda camaatın dadına yetişilər və onlar yağış görərlər. Və onlar onda (süd üçün heyvanların döşlərini, şirə almaq üçün meyvələri və yağ düzəltmək üçün dənələri) sıxarlar».
Yusif surəsi 49-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 49-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 49-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 49-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 49-cu ayənin təfsiri nədir?
"Sonra onun ardınca bir il gələr ki, həmin ildə xalqa yağış nazil olar (qıtlıq müşkülü başa çatar). Həmin ildə xalq (bolluq olduğundan) sıxılmış şirə götürər.” Nöqtələr "Yuğasun nas” tərkibi "ğəvs” sözündən götürüldükdə "xalqa Allah tərəfindən yardım olunar”, "ğəys” sözündən götürüldükdə isə "yağış yağar və acı hadisələr başa çatar” mənasını bildirir. Yuxudakı yeddi kök və arıq inək, yeddi yaşıl və quru sünbül Yusif tərəfindən on dörd il bolluq və qıtlıq kimi təbir olundu. 15-ci ildə yağış nazil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.