Yusif surəsi · 50-cu ayə

Və şah dedi: «Onu mənim yanıma gətirin.» Beləliklə, onun elçisi Yusufun yanına gələndə (Yusuf) dedi: «Öz ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların məqsədi (və ittihamın mövzusu və mənim zindana düşməyimin səbəbi) nə idi? Əlbəttə, mənim Rəbbim onların məkr və hiyləsini biləndir!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 50
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Padşah dedi: "Onu mənim yanıma gətirin.” Elə ki, şahın elçisi onun yanına gəldi (Yusif) dedi: "Ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların macərası nə oldu? Həqiqətən, mənim Rəbbim onların hiyləsindən agahdır.”
Nöqtələr
Yusif padşahın yuxusunu təbir etməklə və ölçülü bir proqram irəli sürməklə qeyd-şərtsiz və təmənnasız sübut etdi ki, o adi bir məhbus deyil, fövqəladə və alim bir insandır.
Şahın elçisi Yusifin yanına gəldiyi vaxt Yusif azadlıq xəbərinə dərhal müsbət cavab vermədi. O, keçmişdə haqqında qaldırılmış işin yenidən araşdırılmasını istəyirdi. Çünki şahın əfvi ilə azad olmaq onun ürəyincə deyildi. Yusif günahsızlığını sübuta yetirmək və şaha onun rejimində nə qədər ədalətsizlik olduğunu anlatmaq istəyirdi.
Hədisdə oxuyuruq: Həzrət Peyğəmbər (s) buyurdu: "Yusifin səbrinə heyranam. Əzizi-Misr yuxu təbirinə ehtiyac duyduğu vaxt Yusif bu təbirin müqabilində azadlıq tələb etmədi. Amma onu azad etmək istədikdə zindandan çıxmayıb, üzərindəki böhtanın götürülməsini istədi.
Ola bilsin ki, Yusif Əzizi-Misrin hörmətini gözləmək xatirinə onun zövcəsinin adını çəkmədi, sadəcə qonaqlıq məclisinə işarə etdi.
Bildirişlər
1. Məmləkətin ehtiyaclı olduğu və zindana salınmış düşüncə sahibləri cinayətə yol verməmişlərsə, dövlətin yardımı ilə azad edilməlidirlər.
2. Düşünən beyinlərdən istifadədə yubanmaq olmaz.
3. Hakimlər düşüncəli, tədbirli və böyük insanlara ehtiyaclıdırlar.
4. Əgər Allah istəsə, padşahı zindandakı qula möhtac edər.
5. Yusif Misir padşahını özü üçün ağa saymırdı.
6. Kafir olsalar belə, tabeçiliklərində olanların yanında rəhbər və hakimlərə hörmətlə yanaşmaq lazımdır.
7. Azadlığı hər qiymətə almaq olmaz. Günahsızlığın sübutu azadlıqdan mühümdür.
8. Azadlıq yox, özünə qarşı ittihamların araşdırılmasını istəyən məhbus pakdır.
9. Yusif öncə xalqın zehnini təmizlədi, sonra məsuliyyəti qəbul etdi.
10. Abır-həyanı və şəxsiyyəti qorumaq vacibdir.
11. Qeyri-ilahi hakimlərdən kömək istəməyə icazə verilmir.
12. Həssas məqamlarda kimlərinsə şəxsiyyətini qorumaq xatirinə haqqı gizlətmək olmaz.
13. Qadınların əllərini kəsməsi əhvalatının Yusif tərəfindən xatırladılmasının səbəbi bu əhvalatın ümumiliyi və inkaredilməzliyi ola bilər.
14. Yusifin həbsi qurğusunda bütün qadınların rolu oldu.
15. Əxlaqi günahları və məsələləri örtülü surətdə bəyan edək.
16. Düşmənin hiyləsi böyük olsa da Allah bütün hiylələrdən xəbərdardır və Öz dostlarını qoruyur.

Tez-tez Verilən Suallar

Yusif surəsi 50-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 50-cu ayəsi nə haqqındadır?
Və şah dedi: «Onu mənim yanıma gətirin.» Beləliklə, onun elçisi Yusufun yanına gələndə (Yusuf) dedi: «Öz ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların məqsədi (və ittihamın mövzusu və mənim zindana düşməyimin səbəbi) nə idi? Əlbəttə, mənim Rəbbim onların məkr və hiyləsini biləndir!»
Yusif surəsi 50-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 50-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 50-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 50-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 50-cu ayənin təfsiri nədir?
"Padşah dedi: "Onu mənim yanıma gətirin.” Elə ki, şahın elçisi onun yanına gəldi (Yusif) dedi: "Ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların macərası nə oldu? Həqiqətən, mənim Rəbbim onların hiyləsindən agahdır.” Nöqtələr Yusif padşahın yuxusunu təbir etməklə və ölçülü bir proqram irəli sürməklə qeyd-şərtsiz və təmənnasız sübut etdi ki, o adi bir məhbus deyil, fövqəladə və alim bir insandır. Şahın elçisi Yusifin yanına gəldiyi vaxt Yusif azadlıq xəbərinə dərhal müsbət cavab v...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.